Accessibility links

ABŞ-Çin hərbi münasibətlərinin yaxşılaşdırılmasına səy göstərilir


ABŞ müdafiə naziri Cim Mattis çinli həmkarı Ui Fenge ilə Sinqapurda görüş keçirib. Cim Mattis deyib ki, ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq münaqişə riskini azalda bilər.

Danışıqlardan sonra ABŞ rəsmiləri Çin ordusu ilə münasibətlərin stabillədiyini hiss etdiklərini deyib. Baxmayaraq ki, tərəflər arasında yeni razılıq əldə edilməyib.

Vaşqintonla Pekin arasında hərbi əməkdaşlıq son zamanlar ticarət mübahisələri, ABŞ-ın Çin ordusuna qarşı sanskiyaların tətbiqi və Pekinin Cənubi Çin dənizində hərbi obyektlər qurmasına görə pozulub.

Pentaqon rəsmisi Randall Şriver Mattisin 90 dəqiqə sürən görüşündən sonra müxbirlərə bildirib ki, nazir ümumi münasibətlərdə sabitlik istəyimizi bir daha təkrar edib.

Mattis Pekinə bir həftə əvvəl getməli idi. Lakin Çin rəsmilərinin müdafi nazirinin görüş imkanı olmadığını bildirməsindən sonra danışıqıar təxirə salınmışdı. Bu da münasibətlərin gəginliyinə dah bir işarə kimi qiymətləndirilmişdi.

XS
SM
MD
LG