Accessibility links

ABŞ Çin mallarına yeni tarifləri təxirə salıb


Birləşmiş Ştatlar sentyabrın 1-də qüvvəyə minəcək bəzi Çin idxallarına 10 faizlik yeni tarifi təxirə salır.

ABŞ-ın ticarət məsələləri üzrə nümayəndəliyi bildirib ki, laptoplar, kompüterlər, mobil telefonlar, video oyunlar, bəzi oyuncaqlar, ayaqqabılar və paltarlara tətbiq olunacaq tariflər dekabrın 15-dək təxirə salınacaq. Bu isə Milad bayramı ərəfəsində bu cür hədiyyələr alan ABŞ istehlakçılarının xeyrinə ola bilər.

Yanq Minq yük gəmisi
Yanq Minq yük gəmisi

"Belə görünür ki, Tramp administrasiyası Miladı qurtarmaq istəyir. Bu tariflər bayram alış-verişinin başladığı vaxta təsadüf edəcəkdi. Məncə onlar bunu diqqətli şəkildə nəzərdən keçiriblər və tarifləri təxirə salmağa qərar veriblər. Həmçinin Çinlə artan gərginlik səhm birjasını sarsıdıb və iqtisadiyyatla bağlı narahatlıqları artırıb" - deyə, Associated Press-in müxbiri Pol Vayzmen bildirib.

ABŞ həm də “sağlamlıq, təhlükəsizlik, milli təhlükəsizlik və digər amillər” səbəbilə bir qrup Çin mallarına tarifləri tamamilə qaldırıb.

Belə görünür ki, Tramp administrasiyası Miladı qurtarmaq istəyir. Bu tariflər bayram alış-verişinin başladığı vaxta təsadüf edəcəkdi. Məncə onlar bunu diqqətli şəkildə nəzərdən keçiriblər və tarifləri təxirə salmağa qərar veriblər.
Pol Vayzmen​

Lakin ABŞ-ın ticarət idarəsi bildirib ki, bir sıra Çin mallarına tariflər tətbiq olunacaq və bu malların siyahısı yaxın zamanda açıqlanacaq.

ABŞ-ın səhm indeksləri bir neçə gün dəyər itirdikdən sonra tariflərin təxirə salınması ilə bağlı xəbərlərdən sonra yenidən artmağa başlayıb.

Prezident Donald Trampın Pekinin ödədiyi tariflər nəticəsində ABŞ büdcəsinə milyardlarla dollar pul daxil olduğunu söyləməsinə baxmayaraq, tarifləri Çin kimi ixracatçılar deyil, ABŞ idxalçıları ödəyir və Amerika şirkətləri adətən tarifin dəyərini digər bizneslər və istehlakçılara satdıqları malların qiymətinə əlavə edir.

Dünyanın iki ən böyük iqtisadiyyatı Çin və ABŞ arasında ticarət danışıqları mübahisəli keçib və Vaşinqtonla Pekin razılıq əldə edə bilməyib.

Ticarət danışıqlarının növbəti raundunun sentyabr ayında ABŞ tarifləri qüvvəyə minməsindən sonra baş tutacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG