Accessibility links

ABŞ-ın Çindəki səfiri istefa verir


ABŞ-ın Çindəki səfiri dünyanın iki ən böyük iqtisadiyyatı arasında getdikcə artan ticarət müharibəsi və münasibətlərin pisləşdiyi bir vaxt üçillik müddətinə son verərək, gələn ayın əvvəlində istefa verəcək.

Səfirliyin bazar ertəsi verdiyi şərhdə 2017-ci ildə prezident Donald Tramp tərəfindən təyin olunmuş Terri Branstad qərarını keçən həftə Trampla telefon danışığından sonra təsdiqlədiyini bildirilib. Səfirlik istefanın səbəbini bildirməyib.

"Birinci mərhələ əldə etdiyimiz ticarət razılaşmaları və vətənlərimizdəki icmalar üçün əldə etdiyimiz nəticələri gətirişik" - deyə, Branstaddan səfirlik işçilərinin bazar ertəsi keçirdiyi yığıncaqda sitat gətirilib.

Branstadın istefası ilə bağlı məlumatlar dövlət katibi Mayk Pompeonun Twitter səhifəsində xidmətinə görə ona təşəkkür etdiyi gün yayılmışdı.

"Səfir Branstad ABŞ-Çin münasibətlərinin balanslaşdırılmasına, qarşılıqlı və ədalətli olmasına öz töhfəsini verib" - deyə, Pompeo tvitter səhifəsində yazıb.

Çinin Xarici İşlər Nazirliyi səfirliyin açıqlamasından əvvəl Pompeonun tvitindən xəbərdar olduğunu, lakin Branstadın istefası barədə heç bir məlumat almadığını bildirib.

Bu yaxınlarda Branstardın yazdığı bir məqaləni Çinin rəsmi "Xalqın Gündəlik Qəzeti"nin dərc edilməsini rədd etməsi daha bir mübahisəyə səbəb olub.

Pompeo keçən həftə twitter səhifəsində Çinin ABŞ-dakı səfiri "ABŞ-ın istənilən media orqanında istədiyi məqaləni dərc etməkdə sərbəst ikən Çinin hakim Kommunist Partiyası Branstadın məqaləsini dərc etməkdən imtina edib" yazıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician Branstad boşluqlarla dolu məqaləsinin faktlara zidd olduğunu, onun Çinə hücum etdiyini və onu ləkələməyə çalışdığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG