ABŞ-ın maliyyə naziri və ticarət nümayəndəsi Çinlə danışıqların növbəti raundunda iştirak etmək üçün Pekindədir.
Stiven Mnuçin və Robert Liqtizer ABŞ nümayəndə heyətinə rəhbərlik edir.
Çərşənbə günü onlar Çin prezidentinin iqtisadiyyat üzrə müşaviri və baş nazir müavini Liu He ilə görüş keçirib.
Görüşdə ABŞ-ın Çindəki səfiri Terri Branstad da iştirak edib.
Müzakirələrdən öncə Mnucin tariflərlə bağlı danışıqlarda əhəmiyyətli inkişaf əldə ediləcəyinə ümidini ifadə etmişdi.
Gələn həftə Çin rəsmilərinin Vaşinqtona səfəri gözlənilir.