Accessibility links

ABŞ-Çin ticarət danışıqlarının növbəti addımları qeyri-müəyyəndir


Ağ Ev Birləşmiş Ştatlar və Çin arasında Pekində üç gün davam edən ticarət danışıqlarından sonra nikbinliyini ifadə edir.

Ağ Evin sözçüsü Sara Sanders Fox Business Network-a bildirib ki, ABŞ bu danışıqların nəticə verəcəyini gözləyir. Lakin sözçü nəticənin nədən ibarət olacağı və onun nə zaman açıqlanacağı ilə bağlı heç bir əlavə məlumat verməyib.

ABŞ Ticarət Nümayəndəliyi ofisi deyib ki, onlar Çinin ABŞ-dan əhəmiyyətli miqdarda kənd təsərrüfatı, enerji, sənaye məhsulları və digər xidmət və məhsullar almaq vədinə diqqət yönəldiblər.

Lakin nümayəndəlik əlavə edib ki, Çinlə əldə edilmiş istənilən razılığın davamlı təftişə və icra edilməsinə nəzarət etmək tələb olunacaq.

Danışıqların bir gün daha uzadılaraq, üç gün keçirilməsi irəliləyişin olması ilə bağlı müsbət siqnallar verir. Buna baxmayaraq, Pekin danışıqlar haqda heç bir şərh verməyib.

Bu danışıqlar Donald Trampın Şi Tsinpin ilə dekabr ayında Argentinada görüşü zamanı ABŞ və Çin arasında ticarət müharibəsində 90 günlük “atəşkəs”-ə nail olunmasından sonra tərəflər arasında ilk birbaşa ünsiyyət idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG