Accessibility links

ABŞ-Çin ticarət paktının birinci fazası tamamlandı, bir çox tariflər hələ də qalır


ABŞ-la Çin arasında ticarət razılaşması amerikalı fermerlər üçün elə faydalı olacaq ki, “onlar gedib daha iri traktorlar almalı olacaqlar” deyə Prezident Donald Tramp iki ölkə arasında əldə olunan sazişi şərh edib.

Cümə günü Oval Ofisdə müxbirlərlə danışan ABŞ lideri Pekinlə razılığı “fenomenal” adlandırıb.

Çin Amerika kənd təssərrüfatı, enerji və dərman məhsullarının idxalını artıracaq.

Hər iki ölkənin rəsmiləri ticarət paktının birinci fazasının yekunlaşdığını elan ediblər ki, bu nəticə dövlətlərin bir-birlərinə əlavə tariflər tətbiq etməsini dayandıracaq.

Razılığın tərkib hissəsi olaraq Çin rəsmiləri Amerika kənd təssərrüfatı, enerji və dərman məhsullarının idxalını artıracaqlarını deyirlər.

Tramp deyib ki, təkcə kənd təsərrüfatı məhsullarının alqısı “tezliklə” $50 milyarda yüksələcək.

Bu, Çin və Birləşmiş Ştatlar arasında əməkdaşlığı gücləndirmək üçün daha yaxşı şərait yaradacaq,” Çinin vitse ticarət naziri Vanq Şouven bildirib.

Razııq ABŞ Çin məhsulların 160 milyard dollar həcmində yeni tariflər tətbiq etməsinə iki gün qalmış əldə olunub.

Prezident Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-a idxal olunan Çin məhsullarına yüksək tariflər tətbiq edib.
Prezident Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-a idxal olunan Çin məhsullarına yüksək tariflər tətbiq edib.

“Tariflərin əksər kəsimi yerində qalacaq,” deyə Tramp $250 milyard dollarlıq məhsula tətbiq edilən 25 faizlik tariflərdən danışılqarın ikinci fazasında rıçaq kimi istifadə olunacağını bəyan edib.

Ticarət danışıqlarının ikinci fazası gələn ilin noyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsində başlanacaq.

XS
SM
MD
LG