Accessibility links

ABŞ Çin və Rusiya şirkətlərinə İranla əlaqələrinə görə sanksiya tətbiq edib


Mayk Pompeo

ABŞ cümə günü Vaşinqtonun İranın raket proqramının inkişafını dəstəklədiyini bildirdiyi Çin və Rusiya şirkətlərinə iqtisadi sanksiyalar elan edib.

“İranın raket proqramına həssas texnologiya və alətlər göndərməkdə” ittiham olunan dörd şirkətə iki il boyunca ABŞ hökumətinin yardımında və ixraclarına məhdudiyyətlər tətbiq olunacaq, deyə dövlət katibi Mayk Pompeo bəyanatında bildirib.

Çərşənbə günü sanksiyalar Çində qərargahlanan iki şirkətə, Chengdu Best New Materials və Zibo Elam Trade-ə, habelə Rusiyada qərargahlanan Nilco Group və Joint Stock Company Elecon-a tətbiq olunub.

“Biz İranın raket inkişaf etdirmək səylərini əngəlləməyə və sanksiyalardan İranı raketlə əlaqədar materiallar və texnologiya ilə təmin edən Çin və Rusiyadakı bu qurumlar kimi xarici təchizatçılara diqqət çəkmək üçün sankiyalardan istifadə etməyə davam edəcəyik,” Pompeo əlavə edib.

Prezident Donald Tramp 2018-ci ildə ondan üç il öncə o zaman prezident olan Barak Obamanın hakimiyyəti dövründə imzalanan İran nüvə razılığından geri çəkilib.

Tramp İslam Respublikasına qarşı “maksimum təzyiq” adlandırdığı kampaniya çərçivəsində sərt sanksiyaları yenidən tətbiq edib.

Tramp adminstrasiyası həmçinin onun İran siyasətinə əməl etməyən xarici ölkə və şirkətə sanksiya tətbiq etmək qətiyyətini sərgiləyib.

XS
SM
MD
LG