Accessibility links

ABŞ Çinin iqtisadi casusluğuna qarşı yeni proqrama başlayıb


ABŞ-ın Ədliyyə Nazirliyi Çinin ABŞ-ın əqli mülkiyyətini oğurlamasına qarşı mübarizə aparmaq üçün yeni təşəbbüs qrupu yaradıb.

Baş Prokuror Ceff Seşşions bildirib ki, Çin dövlətinin sahib olduğu şirkət tayvanlı bir firma ilə birlikdə "Micron" adlı ABŞ şirkətinin ticarət sirlərini oğurlayıb.

Artıq Çinin də hüquqi dövlətlər cəmiyyətinə qoşulmasının vaxtı gəlib çatıb.

''ABŞ-a qarşı Çinin iqtisadi casusluq əməliyyatları artmaqdadır. Biz bu gün buna son qoymaq üçün burdayıq. Biz daha buna icazə verməyəcəyik. Bu qəbuledilməzdir. Artıq Çinin də hüquqi dövlətlər cəmiyyətinə qoşulmasının vaxtı gəlib çatıb. Beynəlxalq ticarət Çin üçün də yaxşıdır amma onlar gərək fırıldaqlarına son qoysunlar,'' deyə nazir bildirib.

Çinin ABŞ-a məxsus intellektual məhsulları oğurlaması geniş hal alıb.
Çinin ABŞ-a məxsus intellektual məhsulları oğurlaması geniş hal alıb.

Ceff Seşşions əlavə edib ki, Ədliyyə Naziriliyi Çinin əsas ticarət oğurluq hallarını müəyyənləşdirməsi üçün yeni Çin Təşəbbüsü layihəsini lazımi qədər resurslarla təmin edəcək.

Çin iqtisadi casusluq ittihamlarını rədd edir.

XS
SM
MD
LG