ABŞ Ticarət naziri Uilbur Rossun ticarət razılaşması əldə oluna biləcəyinə ümid etdiyini bildirməsindən bir gün sonra, Pekində ABŞ və Çin arasında iki günlük ticarət müzakirələri davam edir.
Ross ABŞ-ın CNBC kabel tele kanalına bildirib ki, o belə bir razılaşmanın "bütün əsas məsələləri" həll edə biləcəyinə ümid edir.
"Hesab edirəm ki, ağlabatan bir həll yoluna nail ola bilməməz üçün çox yaxşı şans var. Bu, həm Çin, həm də bizim üçün uyğun ola bilər və bütün əsas məsələləri həll edəcə bilər. Mənim üçün bunlar dərhal ticarətdir, bu da yəqin ki, ən asan həll edilə bilən məsələdir, eləcə də daha çox soya, daha çox mayeləşdirilmiş təbii qaz və s. İkincisi isə struktur islahatlarıdır. Bu, daha çətindir. Bu, əqli mülkiyyət hüquqları ilə bağlıdır", Uilbör Ross deyib.
ABŞ nümayəndə heyəti son həftələr hər ölkədən dünya bazarlarına təsir göstərmiş məhsullar üzrə tarifi mübahisələrini həll etməyə çalışırlar.
ABŞ uzun illərdir Çinin daha geniş bazarına çıxış və Pekinin Amerika şirkətlərinin texnoloji inkişaflarını açıqlaması ilə bağlı tələblərindən şikayət edir.