Accessibility links

ABŞ ölçüləri qarşısında türk lirəsi çökür


Prezident Trampın Türkiyədən gələn metala tarifləri ikiqat artırmasının ardınca türk lirəsi cümə günü rekord itkilərlə üzləşərək dəyərinin 15 faizinə qədərini itirib.

"Mən indicə Türkiyə üzərində polad və alüminiumla bağlı tarifləri ikiqat artırmağa göstəriş verdim. Bu arada türk lirəsi bizim qüdrətli dollarımızın qarşısında sürətlə çökür! Alüminium indən belə 20%, polad 50% olacaq. Bizim Türkiyə ilə münasibətlərimiz indiki zamanda yaxşı deyil."

Həftənin əvvəlində Tramp administrasiyasının Türkiyənin ABŞ bazarlarına çıxışını kəsəcəyi ilə bağlı dolaşan xəbərlər fonunda türk lirəsi son 10 ilin ən kəskin dəyər itkisini yaşamışdı. Cümə günü baş verənlər itkiləri bir qədər də dərinləşdirib.

ABŞ-Türkiyə münasibətləri ötən həfətə Türkiyə rəsmilərinin amerikalı keşiş Endryu Bransonu azad etməməsi üzündən gərginləşib. Tramp administrasiyası Bransonun dustaqlıqda saxlanılmasına cavab olaraq Türkiyənin iki nazirinə sanksiyalar tətbiq edib.

Amerikalı yevangelist keşiş Endryu Branson İzmirdə ev dustaqlığına gətirlir. 25 iyul, 2018.
Amerikalı yevangelist keşiş Endryu Branson İzmirdə ev dustaqlığına gətirlir. 25 iyul, 2018.

Branson hazırda Türkiyədə "terrorizm" ittihamları ilə ev dustaqlığında saxlanılır.

Ağ Ev bu ittihamları əsassız adlandıraraq rəsmi Ankaranı keşişi girov götürməkdə ittiham edir.

Bu arada Türkiy​ə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edərək əldə olan dollarlarını lirəyə dəyişməyə çağırıb.

Yastıqlarınız altında saxladığınız avroları, dollarları və qızılı banklarımızda lirələrə çevirin.
Rəcəb Tayyib Ərdoğan

“Yastıqlarınız altında saxladığınız avroları, dollarları və qızılı banklarımızda lirələrə çevirin. Bu, daxili və milli mübarizədir, “ Ərdoğan bəyan edib.

Türkiyə prezidenti ölkəsinin “iqtisadi müharibə” ilə üzləşdiyini deyərək cavab ölçüləri götürəcəyini bildirib.

Türkiyə səhm birjası da dəyərlərini kəskin itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG