Accessibility links

ABŞ ölkəyə girişlə bağlı yeni siyasətin detallarını açıqlayıb


Noyabrın 8-dən etibarən xarici vətəndaşlar ABŞ-a yalnız peyvənd sertifikatı təqdim etdikdən sonra qəbul ediləcək.

Bazar ertəsi Prezident Co Bayden administrasiyası ABŞ-a yalnız COVID-19 peyvəndini tam vurdurmuş xarici vətəndaşları qəbul edən yeni bir beynəlxalq təyyarə səyahəti siyasətinin tətbiqi ilə bağlı əlavə məlumat verib.

Noyabrın 8-dən etibarən ABŞ-a immiqrant vizası olmayan bütün əcnəbilərin təyyarəyə minməzdən əvvəl peyvənd sertifikatı təqdim etmələri tələb olunacaq. Peyvənd olunmamış səyahətçilər - ABŞ vətəndaşları, ABŞ-da yaşayış qeydiyyatı sahibləri və peyvənd edilmədən ölkəyə daxil olmaq hüququna sahib bir neçə xarici vətəndaş, yeni qaydayla yola düşməzdən əvvəl, 24 saat ərzində koronavirus testi keçməli olacaqlar.

Daha əvvəl elan edildiyi kimi, noyabrın 8-dən etibarən tam peyvəndlənmiş xarici vətəndaşlar turizm məqsədləri də daxil olmaqla, səyahət məqsədini açıqlamadan şimal və cənub-qərb quru sərhədlərini keçə biləcəklər.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (FDA) göstərişinə uyğun olaraq, yalnız FDA və ya Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş peyvəndlərlə vaksin olunan səyahətçilərin ABŞ-a daxil olmasına icazə veriləcək.

18 yaşdan kiçik uşaqlar yeni peyvənd tələblərinə tabe olmalı deyil, ancaq 2-17 yaş arası uşaqların yola düşməzdən əvvəl testdən keçməsi lazımdır.

İstisnalar siyahısına bir sıra COVID-19 peyvəndlərinin klinik sınaqlarının iştirakçıları, tibbi səbəblərə görə peyvənd edilməsi qadağan edilən şəxslər, təcili və ya humanitar səbəblərdən ABŞ-a səyahət edənlər, vaksinlərin məhdudlaşdırıldığı ölkələrdən qeyri-turist vizası olan səyahətçilər də daxildir.

Həmçinin, virusa yoluxmuş və ya xəstə insanlarla təmasda olan səyahətçiləri müəyyən etməyə imkan verən izləmə sistemi də tətbiq olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG