Accessibility links

ABŞ-ın ölkəyə 50 mindən çox əfqanı qəbul edəcəyi gözlənilir


Daxili Təhlükəsizlik naziri cümə günü bildirib ki, ABŞ-ın Amerikanın müharibə səylərinə yardım edən insanlar və Talibanın hakimiyyəti altında təhlükəyə xüsusi açıq olan insanlar qarşısındakı “davamlı öhdəliyi” çərçivəsində Birləşmiş Ştatlara azı 50 min əfqanı qəbul edəcəyi gözlənilir.

İndiyə qədər artıq on minlərlə əfqan təhlükəsizlik yoxlanışından keçərək ABŞ-a gətirilib. Daxili Təhlükəsizlik naziri Alehandro Mayorkas deyib ki, dəqiq neçə nəfərin gələcəyi və prosesin nə qədər davam edəcəyi hələ ki, bəlli deyil.

“Bizim öhdəliyimiz davamlıdır,” o, müxbirlərə bildirib. “Bu bir neçə həftədə baş verəcək bir məsələ deyil. Biz əsas məqsədimizə çatmayanadək daynamayacağıq.”

Delaver ştatının keçmiş qubernatoru Cak Markell Ağ Evin “Müttəfiqlər Xoş Gəldiniz Əməliyyatı” adlandırdığı əməliyyatın koordinatoru vəzifəsində çalışacaq. O, Milli Təhlükəsizlik Şurası, Daxili Siyasət Şurası, Daxili Təhlükəsizlik Nazirliyi və başqa federal idarələrlə birlikdə işləyərək “təhlükəsizlik yoxlanışından keçən əfqanların Bİrləşmiş Ştatlara təhlükəsiz və səmərəli bir şəkildə yerləşməsini təmin edəcək,” Ağ Evin mətbuat katibinin baş müavini Karin Jan-Pier bildirib. Onun bu vəzifəni ilin sonunadək icra edəcəyi gözlənilir.

ABŞ tarixinin ən böyük evakuasiya əməliyyatı çərçivəsində Əfqanıstandan təxminən 130 min insan təxliyə edilib. Həmin insanların çoxu hələ də tranzit ölkələrdə, o cümlədən Almaniya, İspaniya, Küveyt və Qətərdə təhlükəsizlik yoxlanışından keçir.

Mayorkas deyib ki, bəzi evakuasiya olunan insanlar “alçaldıcı məlumat” səbəbilə tranzit ölkələrdə durdurulub, lakin o əlavə məlumat paylaşmayıb. Xaricdəki tranzit nöqtələrdə təhlükəsizlik yoxlanışından keçməyən əfqanların aqibətlərinin nə olduğu aydın deyil, lakin nazir ABŞ-ın məsələni həll etmək üçün müttəfiqləri ilə işlədiyini bildirib.

İndiyədək ABŞ-a artıq 40 min insan gəlib. Mayorkas deyib ki, onların 20 faizi ya ABŞ vətəndaşı ya da daimi sakinidir. Qalanları Amerika ordusu və ya NATO üçün tərcüməçi və ya başqa rolda xidmət göstərdiklərinə görə Xüsusi İmmiqrant Vizası alanlar və ya almaq prosesində olanlar, habelə jurnalistlər və QHT işçiləri kimi Taliban hakmiyyəti altında xüsusi təhlükə ilə üzləşən əfqanlardır.

“Bizim onları qorumaq, bu ölkəni qoruyan insanları dəstəkləmək kimi mənəvi borcumuz var,” uşaq yaşlarında ailəsi ilə birlikdə qaçqın olaraq Kubadan Amerikaya köçən Mayorkas deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG