Accessibility links

ABŞ-ın üç ştatında eyni gündə baş verən kütləvi silahlı hücumlar narahtlıqları artırıb


ABŞ hüquq-mühafizə orqanlarının çənbə günü bildirdiyinə görə, cümədən şənbəyə keçən gecə üç müxtəlif ştatda baş verən kütləvi silahlı hücum nəticəsində iki nəfər ölüb, azı 30 nəfər yaralanıb.

Hücumlar cümə gecə və şənbə səhər saatlarında Texasın paytaxtı Austin, Çikaqo və Corciyanın Savannah şəhərində baş verib.

Austində rəsmilər iki şübhəli şəxsdən birinin saxlandığını, digərinin isə axtarışının hələ davam etdiyini bildirib. Hücum şənbə barlar və restoranların yerləşdiyi yalnız piyadalara açıq olan izdihamlı küçədə baş verib. Nəticədə 14 nəfər yaralanıb, onların ikisinin vəziyyəti kritikdir. Şəhər polis idarəsinin müvəqqəti rəisi atışmanın iki qrup arasında mübahisə nəticəsində baş verdiyini bildirib.

Şənbə gününə olan məlumata görə, digər iki hücumla əlaqədar hələ ki, həbs olunan olmayıb.

Çikaqoda iki nəfərin şəhərin cənub hissəsindəki Çatham məhəlləsində səkidə dayanan bir qrupa atəş açması nəticəsində bir qadın ölüb, doqquz nəfər yaralanıb. Atəş açan şəxslər hadisə yerindən qaçıb və şənbə gündüz saatlarınadək hələ ki, həbs olunmamışdılar.

Cənubi Corciya ştatının Savannah şəhərində polis cümə gücə baş verən kütləvi silahl hücum nəticəsində bir nəfərin öldüyünü, 18 aylıq və 13 yaşlı iki uşaq daxil olmaqla yeddi nəfərin yaralandığını bildirib.

Savannah polis idarəsinin rəsidi Roy Minter Jr. deyib ki, silahlı hücum iki qrup arasındakı mübahisədən qaynaqlana bilər. O, həmin yaşayış binasında həftənin əvvəlində də silah səslərin eşidildiyinə dair məlumatların olduğunu bildirib.

“Ölkə boyu şahid olduqlarımız, silah zorakılığı çox narahatedicidir,” o şənbə günü müxbirlərə deyib.

Hücumlar ölkənin bir çox hissəsində, o cümlədən Çikaqoda COVID-19-la əlaqədar məhdudiyyətlərin aradan qaldırıldığı vaxta təsadüf edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG