Amerika Birləşmiş Ştatlarının şimal-qərbində ölümcül meşə yanğınları Oreqon ştatında yüzlərlə evi məhv edib. Bu barədə çərşənbə günü ştatın qubernatoru xəbər verib. O, xəbərdarlıq edib ki, ştat meşə yanğını səbəbilə indiyədək ən böyük həyat və əmlak itkisi ilə üzləşə bilər.
Ştatın şimalından Kaliforniya ilə sərhədinədək ərazini bürüyən yanğınlar avtomagistralların bağlanmasına və səbəb olub, səma tüstüyə bürünüb.
Yanğınsöndürənlər saatda 80 kilometr sürətlə hərəkət edən küləyin daha da şiddətləndirdiyi alovları söndürməyə çalışırlar. Oreqonun bəzi qərb icmalarının rəsmiləri sakinlərə evlərini dərhal tərk etmələrinə dair göstəriş verib.
Yanğınlar Vaşinqton və Oreqon ştatında baş verir. Lakin Sakit okean sahilində yerləşən şimal-şərq regionunda sərin və yağışlı iqlim səbəbilə çox nadir hallarda bu dərəcədə intensiv meşə yanğınları olur.
Oreqonda yanğınsöndürənlər və mülki vətəndaşlar alovlar səbəbilə yanğının baş verdiyi əraziyə keçə bilmirlər, Vaşinqton ştatının şərqində isə kiçik bir çəhər yerlə yeksan olub. Oreqonun qubernatoru Keyt Brain xəbərdarlıq edib ki, bazar ertəsi yay küləyi mövsümünün olduğu zaman baş verən yanğınlar daha böyük dağıntılara səbəb ola bilər.
“Hər kəs yüksək hazırlıq vəziyyətində olmalıdır,” Braun deyib. Alovların ştatın cənubunda yerləşən Medford şəhəri və paytaxt Salem yaxınlığında son dərəcə dağıdıcı olduğu güman edilir.
“Bu ştat tariximizdə meşə yanğınları səbəbilə ən böyük həyat və əmlak itkisi ola bilər,” qubernator deyib.
Oreqonda meşə yanğınları səbəbilə azı iki nəfər, Vaşinqton ştatında isə kiçik bir uşaq həyatını itirib. Braun deyib ki, bəzi icmalara əhəmiyyəti ziyan dəyib və “yüzlərlə ev dağılıb.”
Oreqon ştatının yanğın komissarı Mariana Ruiz-Temple deyib ki, dəqiq olaraq nə qədər zərərin dəydiyi bilinmir, çünki yanğın zonalarının çoxuna daxil olmaq hələ də çox təhlükəlidir.
“Açığını desəm, həmin ərazilərə heç daxil ola bilmirdik,” o deyib.