KİV-lərin verdiyi məlumata görə, ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqun gələn həftənin əvvəlində pxenyanlı həmkarı ilə görüşməlidir.
Biqun Cənubi Koreyaya bu gün çatıb. Onun Pxenyan rəsmiləri ilə sammitin detallarını müzakirə edəcək.
ABŞ və Cənubi Koreya rəsmiləri Donald Tramp və Kim Çen Un arasında ikinci sammitin keçirilməsi məsələsini müzakirə edib.
Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Biqun və Şimali Koreyalı nümayəndə Li Do Xunla məsləhətləşmələr keçirib.
ABŞ dövlət katibi Mayk Pompeo keçən həftə prezident Donald Trampla Şimali Koreya lideri Kim Çen Un arasında fevral ayının sonlarında baş tutacaq növbəti zirvə görüşü üçün Asiyaya nümayəndə heyəti göndərəcəyini bildirib.
Fox News telekanalında çıxışı zamanı Pompeo Şimali Koreyanın ikinci zirvə görüşü üçün razılaşdığını, lakin keçiriləcək yeri barədə məlumat verməyib.