Accessibility links

ABŞ-ın Ədliyyə Departamenti Texasda abort etdirmək istəyənlərə və klinikalara qoruma vəd edir


ABŞ-ın Ədliyyə Departamenti Texas ştatında abort əlehinə qəbul olunmuş mübahisəli qanundan sonra bazar ertəsi abort etdirmək istəyənləri qoruyacağını bildirib.

Baş prokuror Merrik Qarland Texas ştatının bir çox yerində abort etdirməyi qadağan edən yeni qanuna qarşı Ədliyyə Departamenti tərəfindən təcili qarşı addımlar atılacağını bildirir.

Ötən həftə ABŞ-ın Ali Məhkəməsi abort hüquqlarının tərəfdarlarının məhkəməni işə baxmağa çağırmasından sonra qanunu bloklamaqdan imtina edib

Qarland yayımladığı açıqlamada bildirir ki, Vaşinqton "Klinikaya Giriş Sərbəstliyi Qanunu" adı ilə tanınan federal qanun çərçivəsində "reproduktiv sağlamlıq xidmətləri əldə etmək və ya təmin etmək istəyənləri" qoruyacaq.

Qanun ümumilikdə FACE olaraq tanınır və abort etdirmək istəyənləri təhdidlərdən və müdaxilələrdən qoruyur.

"Hər hansı bir abort klinikasına və ya reproduktiv sağlamlıq mərkəzinə hücum edildikdə federal hüquq-mühafizə orqanlarından dəstək göndəriləcək" deyə Qarland bildirib. O həmçinin əlavə edib ki, "FACE Aktını pozaraq reproduktiv sağlamlıq xidmətləri əldə etmək və ya təmin etmək istəyənlərə, fiziki maneəyə və ya maddi ziyan verənlərə dözüm nümayiş etdirilməyəcək".

Texas əksəriyyəti Respublikaçılar tərəfindən idarə olunan və "ürək döyüntüləri" başladığı zaman abortu qadağan edən bir çox əyalətlərdən biridir. Qanuna əsasən, ürək toxumasının həyati əhəmiyyətli ritmik döyüntüsü başlandığı aşkar edildikdən sonra prosedur qanunsuz hesab olunur. Çox vaxt bu hamiləliyin altıncı həftəsində baş verir, hansı ki, qadınlar çox vaxt bu zaman kəsiyində hamilə olduqlarından xəbərsiz olur.

Texasdakı qanunu qeyri-adi haldır. Çünki vətəndaşlara abortu həyata keçirənlərə və altı həftədən sonra aborta "kömək edən və ya kömək edən" hər kəsi məhkəməyə vermələrinə icazə verərək onu icra etmək gücünü verir. Bu cür iddaları qazananlar ən az 10 min dollar əldə edə biləcək.

Texas qanunu qeyri-adi haldır ki, vətəndaşların abort icra edənləri və altı həftədən sonra aborta "kömək edən" hər kəsi məhkəməyə verməsinə icazə verir. Bu cür iddiaları qazananların ən az 10.000 dollara haqqı olacaq.

Texasdakı bu qanun sentyabrın 1-i günün əvvəlində və hətta Ali Məhkəmə öz qərarını verməzdən əvvəl qüvvəyə minib.

XS
SM
MD
LG