Accessibility links

ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Türkiyəyə səfər edir


ABŞ Dövlət Departamentinin şənbə günü verdiyi məlumata görə, ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad Əfqanıstandakı tərəfləri ölkədə mühairbəyə son qoymaq üçün aparılan danışıqları sürətləndirmək məqsədilə Türkiyə və regiona yola düşüb.

Prezident Co Bayden son 3500 amerikalı qoşunun 2020-ci ilin fevralında sabiq Prezident Donald Trampla Taliban arasında əldə olunan razılıqda təyin olunan 1 may tarixinə qədər Əfqanıstandan çıxıb-çıxmayacağına qərar verir.

Bayden administrasiyası Taliban və ABŞ-ın dəstəklədiyi Əfqanıstan Prezidenti Əşrəf Qaninin hökuməti üzərində son möhlət tarixinə qədər sülh razılığı və atəşkəs əldə etmələri üçün beynəlxalq təzyiq qurmağa çalışır.

“O hər iki tərəfi daimi atəşkəsə və davamlı və ədalətli sülhə gətirib çıxaran siyasi həll yolu üzərində danışıqlar üçün hazırlıq səylərinə cəlb edəcək,” Dövlət Departamenti bəyanatında bildirib və Xəlilzadın danışıqlar aparmaq üçün cümə axşamı yola düşdüyünü əlavə edib.

Taliban cümə günü bildirib ki, əgər xarici qüvvələr mayın 1-dən sonra ölkədə qalmağa davam etsə, qrup onlara qarşı ABŞ-Taliban razılığı altında son qoyduğu zorakılıqları bərpa edəcək.

Bayden cümə axşamı qüvvələri həmin günədək çıxarmağın çətin olacağını deyib ki, bu baş verdiyi halda ölkədən həmçinin 7000 müttəfiq qüvvəsi də çıxmalıdır.

Taliban razılığa əməl etdiyini deyib və bu razılığın Əfqanıstanda 20 ildir davam edən müharibəyə son qoymağın “ən ağlabatan və qısa yolu” olduğunu bildirib.

XS
SM
MD
LG