Accessibility links

ABŞ-ın Əfqanıstandan son təxliyə uçuşlarının çox riskli olacağı gözlənilir


Amerikanın – çox güman ki, çərşənbə axşamı - Əfqanıstandan çıxan son evakuasiya uçuşları ən təhlükəlisi olacaq. Qərbin hərbi rəsmiləri bildirir ki, bu son uçuşlarda ABŞ-ın Əfqanıstandakı son qoşunları çıxarılacaq və onları qorumaq üçün dost qüvvələri olmayacaq.

Amerika və Britaniya rəsmiləri deyir ki, onlar son qoşunlar yaxınlaşarkən və ya təyyarə havaya qalxarkən hava limanına İslam Dövləti Xorasan qrupu tərəfindən hər hansı raket və ya minomyotun atılmamasını təmin etmək üçün Talibandan asılı olacaqlar. Onlar son uçuşun çox riskli olacağını etiraf edirlər.

Brtianiya Müdafiə Xidmətinin başçısı general Nik Karter şənbə günü deyib ki, hər kəs ABŞ komandirləri və əsgərlərinin son təyyarələrin Əfqanıstanı təhlükəsiz bir şəkildə tərk etməsini təmin etmək üçün çətin sınaqla üzləşəcəklərini bilməlidir. “Biz nəfəsimizi tutub, son təyyarə haqla və bunun o cəsur insanlar üçün nə qədər böyük bir sınaq olduğu haqda düşünəcəyik” – deyə o, Britaniyanın Sky News kanalına bildirib.

Britaniya şənbə günü evakuasiya əməliyyatlarını dayandırıb, lakin Britaniyanın son təyyarəsi ölkəni ABŞ-ın quru qüvvələrinin nəzarəti altında tək edir.

Cümə axşamı hava limanı yaxınlığında İslam Dövləti qrupunun intiharçı bomba hücumu nəticəsində ABŞ-ın 13 hərbçisi və azı 170 əfqan mülki vətəndaş həyatını itirib. Hücum bir çox qərb ölkəsinin Əfqanıstandan son evakuasiya uçuşlarını həyata keçirməyə vadar edib. Pentaqon hücum nəticəsində azı 18 hərbçinin yaralandığını bildirib.

Taliban rəsmilərinin bildirdiyinə görə, azı 200 nəfər də yaralanıb.

İŞİD-K Amaq xəbər agentliyi vasitəsilə hücumun məsuliyyətini üzərinə alıb. Bu, 2020-ci ilin fevral ayından bəri Əfqanıstanda amerikalı əsgərlərin ölümü ilə nəticələnən ilk hücumdur.

Pentaqonun mərkəzi komandanlığının başçısı general Kennet Makkenzi deyir ki, o, İŞİD-K-nın yenidən hücum etməyə cəhd edəcəyini gözləyir. “Biz inanırıq ki, onlar bu hücumların davam etdirmək istəyirlər... və biz hazır olmaq üçün əlimizdən gələni edirik,” o, Vaşinqtonda müxbirlərə bildirib.

ABŞ cümə günü İŞİD-in təşkilatçısını hədəf alan dron hücumu həyakat keçirib. Bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı bəyanat yayıb. “ABŞ-ın hərbi qüvvələri cümə günü İŞİD-K-nın təşkilatçısınaq qarşı antiterror əməliyyatı keçirib. Pilotsuz hava hücumu Əfqanıstanın Nangarhat vilayətində həyata keçirilib,” sözçü Kapitan Bill Urban bildirib.

“İlkin göstəricilər bizim hədəfi öldürdüyümüzə işarə edir. Bizdə mülki vətəndaşların öldüyünə dair xəbər yoxdur,” o deyib. Bu açıqlama ABŞ Prezidenti Co Baydenin hücumlarda əli olanlardan qisas alacağına söz verməsindən bir gün sonra verilib. Ağ Evin mətbuat katibi Cen Psaki cümə günü müxbirlərə bildirib ki, Ağ Evin milli təhlükəsizlik komandası Baydenə “Kabil hava limanına daha bir terror hücumu ehtimalının olduğunu” söyləyib.

“Təhlükə aktivdir və davam edir. Bizim qoşunlar hələ də təhlükə altındadırlar,” o deyib və əlavə edib ki, “bu, missiyanın ən təhlükəli hissəsidir.”

Kabil hava limanına ABŞ-ın 5000-dən çox hərbi qulluqçusu göndərilib və onlar növbəti bir neçə gün ərzində yavaş-yavaş ölkədən çıxarılacaqlar. Bu, Amerikanın 1975-ci ildə Vyetnamdan hərbi evakuasiyası zamanı hava limanını qorumaq üçün Sayqonda qalan 1250 amerikalı əsgərdən çoxdur. Pentaqon Vyetnamdan son evakuaisya planlarını son dəqiqə dəyişməli olmuşdu, çünki iln öncə bu evakuasiya üçün sabit qanadlı təyyarələrdən istifadə nəzərdə tutulmuşdu, lakin Tan Son Nhut hava bazasına raket atıldığı və uçuş-enmə zolağında dağıntılar olduğu üçün son təxliyə ABŞ-ın Cənubi Çin Dənizindəki hərbi gəmilərinə uça bilən helikopterlərlə həyata keçirildi.

Pentaqondakı strateqlər və Əfqanıstandakı komandirlər planlarını nəzərdən keçirirlər və onları və ABŞ-ın Kabildəki hava limanından son uçuşları həyata keçirməyə uyğuşladırmağa çalışırlar. Rəsmilər deyir ki, Taliban liderləri ilə təhlükəsizliklə bağlı müzakirələr aparılır. Onlar Taliban və ABŞ-ın son uçuşların problemsiz gerçəkləşməsində ortaq maraqlarının olduğuna inanırlar.

XS
SM
MD
LG