Accessibility links

ABŞ-ın dövlət katibi Hindistan və Küveytə səfər edəcək


ABŞ Dövlət katibi Antoni Blinken gələn həftə Hindistana səfər edəcək. Dövlət Departamenti cümə günü bildirib ki, bu, ABŞ-ın ən yüksək vəzifəli diplomatının əhali sayına görə dünyanın ən böyük demokratik ölkəsinə və ABŞ-ın Asiyadakı müttəfiq ölkəsinə ilk səfəri olacaq.

Blinken 26-29 iyun tarixlərində Küveytə də səfər edərək oradakı rəsmilərlə görüşəcək.

Amerika Birləşmiş Ştatları Hindistanı Çinin getdikcə artan iddialı davranışları ilə mübarizə səylərində mühüm bir tərəfdaş olaraq görür.

Blinkenlə eyni zamanda Müdafiə Katibi Lloyd Austin də Cənub-Şərqi Asiyaya səfər edəcək. Dövlət katibinin müavini Vendi Şerman isə ondan öncə Çinə səfər edəcək.

Çərşənbə günü Yeni Dehlidə Blinkenin Hindistanın Baş naziri Narendra Modi və Xarici işlər naziri Subrahmanyam Jaişankar ilə görüşü planlaşdırılır.

Gündəmdəki mövzular arasında "Hind-Sakit Okean razılaşması, ortaq regional təhlükəsizlik maraqları, ortaq demokratik dəyərlər və iqlim böhranının həlli" ilə yanaşı, koronavirus pandemiyası ilə mübarizə də yer alır.

Blinken Çinin artan nüfuzuna qarşı tərəfdaş olaraq görülən Dördlük qrupu ölkələrinin - Hindistan, Yaponiya, Avstraliya və ABŞ-ın fərdi sammiti planlarını müzakirə edəcək.

Bu ilin sonunda keçiriləcək görüşdə Çinin böyük Kəmər və Yol Təşəbbüsü qarşısında regional infrastrukturun inkişaf etdirilməsi yolları müzakirə ediləcəyi gözlənilir.

Bundan əvvəl ABŞ mart ayında bu ölkələrin virtual zirvə görüşünə ev sahibliyi etmişdi və həmin zaman onlar Hindistanın dərman istehsalçısı Biological E Ltd ilə 2022-ci ilin sonunadək ən azı bir milyard doza koronavirus peyvəndi istehsal etməsi barədə razılığa gəlmişdi.

Lakin daha sonra Hindistan COVID-19-un fəlakətli bir yoluxma dalğasına məruz qaldı və Modiyə qarşı ölkə daxili vaksinasiya səyləri ilə bağlı sərt tənqidlər fonunda vaksin ixracını dayandırdı.

Yoluxmalar artığı zaman ABŞ Hindistanda vaksinlər üçün xam material, tibbi avadanlıqlar və qoruyucu vasitələr göndərmişdi. Bundan əlavə ABŞ-ın avqust ayının sonuna qədər Hindistana 3-4 milyon doza peyvənd göndərəcəyi gözlənilir.

"(Hindistan) COVID-19-la mübarizədə olduqca kritik bir ölkədir" deyə Blinken, cümə günü MSNBC-yə verdiyi müsahibəsində bildirib. O deyib ki, Hindistan zamanla dünyada mühüm bir peyvənd mənbəyi olacaq.

"Əlbətdə ki, indi onlar başa düşüləcək şəkildə öz daxili problemlərinə kökləniblər, lakin bu istehsal mühərriki tamamilə işə düşdükdə və dünyaya yenidən paylandıqda böyük bir dəyişiklik edəcək" deyə Blinken bildirir.

Bundan əlavə keçən ilin noyabr ayında Hindistan, ABŞ, Yaponiya və Avstraliya Çinin bölgədəki artan hərbi və iqtisadi gücünü balanslaşdırmaq səyləri çərçivəsində son on ildəki ən böyük birgə dəniz təlimlərini həyata keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG