Accessibility links

ABŞ iyulun 4-dək 70% amerikalının vaksinasiya hədəfinə çatmaya bilər


ABŞ 4 iyul Müstəqillik Gününə qədər ölkədəki yetkin yaşda olan şəxslərin 70 faizinin qismən və ya tam vaksinlənməsi hədəfinə çatmaya bilər. Lakin Ağ Ev 27 və daha yuxarı yaşda inanlara vaksin tətbiq olunması məsəsəsində bu göstəriciyə nail olmağın mümkünlüyünü bildirir.

Ağ Ev rəsmisi bildirir ki, COVID-19-la mübarizə üzrə koordinator Cef Zientsin çərşənbə axşamı peyvəndlənmə məsələsinin qiymətləndirilməsi gözlənilən iclasına federal hökümətin 18-26 yaş aralığında olan insanların vaksinasiyaya təşviq edilməsi səyləri diqqət mərkəzində olacaq.

Hazırda ABŞ-dakı bir çox gənc insan müxtəlif səbəblərdən - son həftələrdə yoluxmaların və ölümlərin sayının kəskin azalması, bir çox müəssisələrdə maskalardan istifadəyə tələb qoyulmaması və sosial məsafə qaydalarının ləğv olunmasından dolayı peyvəndlənməyə az maraq göstərir.

Con Hopkins Universitetinin məlumatına görə, 2020-ci ilin mart ayından bu günə kimi ABŞ üzrə virusa 33,5 milyon yoluxma və 602000 ölüm halı qeydə alınıb.

Hələ ki, prezident Co Bayden 4 iyul tarixinə qədər 70 faiz amerikalının vaksinləməsi hədəfinə çatılmaması məsələsi barədə fikir bildirməyib.

ABŞ-da siyasi məsələlərdə olduğu kimi peyvəndlənmədə də kəskin fikir ayrılığı yaşanır. Belə ki, ötən noyabr ayında Baydenin xeyrinə səs verən Demokratik ştatlar onun sələfi Trampa səs verən Respublikaçı ştatlardan fərqli olaraq daha çox vaksinlənmə faizinə malikdir.

Ən aşağı faizlər Trampın asanlıqla qazandığı və peyvəndə şübhə ilə yanaşan cənub ştatlarında qeydə alınıb.

Vəzifədən getməzdən əvvəl virusa yoluxan Tramp özü və həyat yoldaşı yanvar ayında peyvəndlənsə də, bunu ictimai şəkildə nümayiş etmədi. Həmçinin Tramp virusun yayılmasını hər zaman gözardı edirdi.

Hazırkı Prezident Co Bayden və birinci xanım Cill Bayden isə televiziya ilə canlı yayımda peyvəndləndikdən sonra vəzifəyə başlayıb. Onlar amerikalıları vaksinaksiyaya təşviq etmək üçün çoxsaylı müraciətlər edib.

Bayden rəsmisi Zientsin 30 və yxuarı yaşdakı insanların 70 fazidən çoxunun vaksinləndiyini elan edəcəyi gözlənilir.

Baxmayaraq ki, artıq çox sayda peyvənd tamamilə əlçatandır, vaksinlənmə sürəti son həftələrdə nəzərəçarpacaq dərəcədə düşüb.

Ağ Evin 4 iyul tarixində Cənub Bağçasında 1000 nəfərin qatılacağı piknikdə atəşfəşanlğı seyr edərək ölkənin 1776-cı ildə Britaniyadan ayrılmasını qeyd etməsi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG