Accessibility links

ABŞ-ın 41-ci prezidenti Corc Herbert Uolker Buş son mənzilə yola salındı


ABŞ-ın 41-ci prezidenti son mənzilə yola salındı
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Vaşinqtonun Milli Kafedralında Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti Corc Herbert Uolker Buşun dövlət səviyyəsində dəfn mərasimi keçirildi. ABŞ-ın həyatda olan beş prezidenti 94 yaşında vəfat etmiş Corc Herbert Uolker buşa son ehtiramlarını bildirmək üçün bir araya gələrək mərasimə qatıldı.

ABŞ-ın keçmiş prezidenti Corc Herbert Uolker Buşun dövlət səviyyəsində dəfn mərasimində Amerikanın və xarici ölkələrin yüksək səviyyəli rəsmiləri, diplomatlar, ailə üzvləri və dostlar iştirak edirdi.

Barak Obamadan başlamış Cimmi Karterə qədər həyatda olan bütün prezidentlər də mərasimə qatılmışdı

Ənənəyə görə mərasimdə əsas nitqi hazırkı prezident söyləyir. Lakin mərhum prezidentin vəsiyyətinə görə, nitqi onun oğlu, ABŞ-ın 43-cü prezidenti söylədi.

“Sənin yoxluğunu hiss edəcəyik. Sənin ləyaqətin, səmimiliyin və mərhəmətli ürəyin hər zaman bizimlə qalacaq. Göz yaşları içində səni tanıdığımız və sevdiyimiz üçün şükranlıq içindəyik. Böyük və nəcib insan. Bir oğul, ya da qız üçün ən gözəl ata.”

Prezident Tramp Buş ailəsilə münasibətlərinin yaxşı olmamasına baxmayaraq, son ehtiyramını bildirmək üçün mərasimdə idi.

2016-cı ildə Respblikaçılar partiyasının ilkin seçkilərində Tramp Buş qardaşlarından biri-Ceb Buşa və mərhum Buş ataya istehza ilə yanaşmışdı.

“Keçmiş prezidentlər vəfat edəndə, onlar haqda nə düşünməyinizdən asılı olmayaraq, bu ağır vaxtda düşmənçilik aparılmır. Bu, yəqin ki keçici barışdır. Çətin ki gələn altı ayda prezident Tramp və Buş ailəsi ilə gözəl münasibətlərin şahidi olacağıq.”

Vaşinqtondakı mərasimdə isə təkcə ölkə daxilində deyil, xarici siyasətdə də mühüm irsə malik prezidentə sevgi və hörmət ifadə edilirdi.

Prezident Buş İraq liderinin Küveyti işğal etməsindən sonra Səddam Hüseynə qarşı beynəlxalq koalisiyaya başçılıq etmişdi.

“Buş rəvan keçid üçün-təzyiqin aşağı olduğu dövr üçün ideal adam idi. O çox gözəl başa düşürdü ki, ruslar daha zəif vəziyyətdə olanda, onları alçatmağın mənası yoxdur, bu, onları yalnız daha da qıcıqlandıra bilər”, Reyqan administrasiyası dövrü spiçrayter olmuş Aram Baxşiyan deyir.

Lakin xarici siyasətdə triumflara baxmayaraq, Buş 1992-ci ildə Bill Klintona məğlub olaraq, yenidən seçilə bilmədi.

“Corc Buş xarici siyasətdə nə qədər böyük lider olsa da, o, ölkədaxili siyasətdə eyni baxış və eyni qabiliyyətlərə malik deyildi. O heç vaxt 1992-ci ildə prezident seçkilərindən əvvəl başlalmış tənəzzülə güclü cavab verə bilməmişdi. Bu, tənəzzül üçün çox pis bir vaxt idi”, Amerika universitetində təhlilçi Alan Lixtman bildirir.

Vaşinqtonun kafedlarının zəngləri mərhumun ABŞ prezidentləri sırasında tutduğu yerə görə 41 dəfə səsləndirildi. Corc Herber Uolker Buş Texasda onun adını daşıyan prezident kitabxanasının yaxınlığındakı qəbiristanlıqda bu ilin aprelində vəfat etmiş həyat yoldaşı Barbara Buşun dəfn edildiyi yerdə torpağa tapşırılıb.

XS
SM
MD
LG