Accessibility links

ABŞ-ın Ali Məhkəməsi Trampın səyahət qadağasını qüvvədə saxlayıb


ABŞ-ın Ali Məhkəməsi prezident Trampın 5 müsəlman ölkəsinə tətbiq etdiyi səyahət qadağasını qüvvədə saxlayıb. Hökm ABŞ prezidentinin ən mübahisəli siyasətinə qələbə qazandırmış olur.

Məhkəmə prezidentin milli təhlükəsizlik baxımından xarici vətəndaşların Amerikaya girişini yasaqlaması qərarını 5 lehinə, 4 əleyhinə səslə qəbul edib.

Tramp Mühacirət və Vətəndaşlıq aktına əsasən bu addımın atıldığını bildirib.

"Prezident qanuni şəkildə ehtiyatla davranır”- deyə, baş hakim Con Roberts bildirib.

Hökmün əleyhinə olanlar 4 liberal hakimdir.

Sentyabr ayında əldə edilən “səyahət qadağası”na əsasən İran, Liviya, Somali, Suriya və Yəmən vətəndaşları, habelə Şimali Koreya və Venesuela hökuməti ilə əlaqəsi olanların Amerikaya girişi qanunsuzdur. Çad daha əvvəl siyahıya salınsa da, sonradan çıxarılıb.

Qərarla bağlı 16 ay davam edən məhkəmə proseslərindən sonra 5 ölkəyə dair hökm çıxarılıb. Opponetlər İran, Liviya, Somali, Suriya və Yəmən vətəndaşlarının səyahət qadağasını müsəlmanlara qarşı ideoloji qadağa adlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Makron Fransanın Mübahisəli Pensiya İslahatını davam etdirir
please wait

No media source currently available

0:00 0:10:55 0:00
XS
SM
MD
LG