Accessibility links

ABŞ-ın Avropada müttəfiqləri Baydenin prezidentliyini alqışlayır


Avropa müttəfiqləri Baydenin prezidentliyini alqışlayır
please wait

No media source currently available

0:00 0:03:39 0:00

ABŞ-ın müttəfiqləri Co Baydenin prezidentlik müddətinin başlaması ilə ikitərəfli münasibətlərlə bağlı nikbinliklərini ifadə edib. Lakin Bayden administrasiyası qarşısında xarici siyasət sahəsində bir sıra potensial problemlər də mövcud ola bilər. Avropa liderləri Baydenin siyasi prioritetlərinin bir hissəsini bölüşürsələr, Çin kimi ölkələrlə münasibətlərdə problemlər qalmaqdadır.

Co Baydenin inaqurasiyası təkcə Amerika üçün deyil, bütün dünya üçün yeni mərhələ deməkdir. Həm müttəfiqlər, həm də rəqiblər artıq dünyanın supergücü ilə yeni əlaqələr qurur. Avropada nikbinlik hökm sürür.

Rem Korteveq, Klingendaal İnstitutunda xarici siyasət məsələləri üzrə təhlilçi:

"İqlim məsələsi, qlobal ticarət siyasəti, çoxtərəfli təsisatlar və Avropanın təhlükəsizliyi Co Bayden ilə danışıqlara gəldikdə Avropa liderlərinin gündəmində olan məsələlərdir."

Lakin qarşıda Çin kimi böyük maneə də ola bilər. Avropa İttifaqı Pekinin ticarət praktikası və insan haqları pozuntuları ilə əlaqədar narahatlıqlara baxmayaraq, Çinlə investisiya müqaviləsinə prinsip etibarilə razılıq verib.

“Avropa Çini geo siyasi rəqib kimi qəbul etmir. Bu, ABŞ-da olduğu kimi deyil", Rem Korteveq bildirir.

Barak Obamanın dövründə vitse-prezident kimi Bayden Avropa müttəfiqləri ilə yaxşı əlaqələr qurub. Lakin Korteveqin sözlərinə görə, son dörd ildə bir çox avropalı Amerikaya etibar məsələsini şübhə altına almağa başlayıb.

“Onlar özlərinin `strateji muxtariyyətini` inkişaf etdirməli olduqlarını düşünür. Amerikalılar `baxın, biz qayıtdıq, yenidən masanın başındayıq, bizim ardımızca gəlin` deyərək, israr edəcək. Buna görə də amerikalılar və avropalıların Çinlə münasibətlər kimi vacib bir məsələdə mübahisə etməməsi üçün etibarın yaradılması və birlik tələb olunacaq” -deyə, Rem Korteveq bildirir.

Bu arada, ABŞ və Avropa arasında ticarət büdrəyir. Prezident Trampın hakimiyyəti dövrü ABŞ və Avropa bəzi malların idxalına görə tariflər tətbiq etmişdi.

Fransanın İqtisadiyyat naziri Bruno Le Mer: “Gündəmdə ilk növbədə ABŞ və Avropa arasında ticarət müharibəsinin sona çatması, ABŞ administrasiyası tərəfindən Fransada üzümçülüyə qarşı tətbiq edilən sanksiyalara son qoyulması açıq şəkildə bəyan edilməlidir, məsələn Boeing-Airbus işinə son verilməlidir. Bu, nə ABŞ, nə də Avropanın maraqlarına cavab vermir."

Britaniya ənənəvi olaraq ABŞ və Avropa arasında transatlantik körpü rolunu oynayırdı. Lakin Brexit-ə görə Londonun Aİ ilə əlaqələri kəsilib.

Rem Korteveq, Klingendaal İnstitutunda xarici siyasət məsələləri üzrə təhlilçi: "Buna görə də ticarət məsələləri, ya da iqlim dəyişikliyi və ya iqtisadi tənzimləmə və maliyyə böhranları ilə əlaqədar məsələlərə gəldikdə, Birləşmiş Krallıq Amerikanın ilk start nöqtəsi olmayacaq."

Buna baxmayaraq, Britaniya təhlükəsizlik sahəsində əsas tərəfdaş olaraq qalır. Xarici İşlər naziri Dominik Raab ABŞ-ın İranla 2018-ci ildə çıxdığı nüvə sazişinin bərpasının əsas prioritet olduğunu bildirib.

"Prezident seçilmiş Baydenin və yeni administrasiyanın JCPOA-ya qayıtmaq, onu genişləndirmək və gücləndirmək barədə danışdıqlarını alqışlayırıq" -deyə, Dominik Raab bildirib.

Koronavirus pandemiyası həm Avropada, həm də ABŞ-da səhiyyə və iqtisadi böhranlara gətirib çıxarıb. Yaxın gələcəkdə Atlantik okeanın hər iki tərəfində bu fövqəladə vəziyyətin prioritet olacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG