ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ötən il 44 gün davam edən İkinci Qarabağ müharibəsində həyatını itirənlərin xatirəsini yad edib.
ABŞ-ın Azərbaycandakı səfirliyi bu barədə Facebook səhifəsində qeyd edib.
"Səfir Litzenberger keçən il baş verən qarşıdurmada həyatını itirənlərin xatirəsini ehtiramla yad etdi. Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk", - səfirlik bildirib.