Accessibility links

ABŞ səfiri: Demokratiya bir yoldur


ABŞ-ın Azərbaycandakı Səfirliyi Müstəqillik Gününü qeyd edir
ABŞ-ın Azərbaycandakı Səfirliyi Müstəqillik Gününü qeyd edir

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın müstəqilliyini qeyd edib

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın müstəqilliyinin elan olunmasının 243-ci ildönümü münasibəti ilə rəsmi qəbul təşkil edib.

Qəbulda Azərbaycanın hökumət rəsmiləri, deputatlar, siyasi partiya rəhbərləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndəliklərinin təmsilçiləri iştirak edib.

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın müstəqilliyini qeyd edib
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Tədbirdə hər iki ölkənin dövlət himni səsləndirilib.

Daha sonra Amerika əsgərləri simvolik olaraq bayraqları gətiriblər.

ABŞ-ın Azərbaycandakı səfiri rəsmi qəbulda nitq söyləyib.

Səfir deyib ki, Azərbaycan müstəqilliyini bərpa edən vaxtdan bəri ABŞ onu dəstəkləyir.

Dövlətlər insan kimidir. Çox vaxt fərqli barabanların ritmi ilə addımlayırlar və Birləşmiş Şatatların dəqiq həlləri digərlərindən nə diqtə edilə bilər, nə də transplantasiya edilə bilər.
Li Litzenberger, ABŞ səfiri

"Biz bu axşam dövlətimizin müstəqilliyinin 243-cü ilini qeyd edirik. Dekarasiyalarımızım bəzilərində bəlkə də gördüyünüz kimi, biz dövlətimizin demokratiya tarixindən hətta daha da erkən mühüm hadisəni, 1619-cu ildə Virciniya-Ceymstaunda baş məclisin yaradılmasının 400-cü ildönümünü də qeyd edirik. Bəziləriniz maraqlana bilərsiniz, bu nədir və ABŞ-ın tarixində nə kimi rol oynayıb. Ceymstaunun əsası 12 il əvvəl 1607-ci ildə qoyulub. O böyüdükcə, inkişaf etdikcə kolonistlər bilirdilər ki, öz idarəetmələrini və öz azadlıqlarını bərqrar etməkdə rol oynaya bilmək həyatı əhəmiyyətlidir. 400 il əvvəl onlar Amerikada ilk nümayəndəli məclis yaratdılar. Vətəndaşların özlərinin və ölkələrinin taleyini yaratmaq haqqına nail olması ideyası o vaxtdan dövlətimiz üçün həlledici rol oynayır. Bu, burada da həqiqətə uyğun səslənir. Belə ki, görkəmli Azərbaycan şairi Nizami demişdir:

“Məmləkətin dayağı ədalətdir hər zaman,

Ədalətlə nəsibim səadətdir hər zaman”.

ABŞ-ın Azərbaycandakı Səfirliyi Müstəqillik Gününü qeyd edir
ABŞ-ın Azərbaycandakı Səfirliyi Müstəqillik Gününü qeyd edir

Prezident Ronald Reyqan 1988-ci ildə Moskva Dövlət Universitetində bir qrup tələbə qarşısında çıxış edərkən bu inam barədə deyib: “Azadlıq nələrinsə təşəkkül tapmış edilmə tərzini sorğulama haqqıdır. Bu, bu sahənin davam edən inqilabıdır. Bu çatışmamazlıqların fərqində olmaq və həll yolları axtaramağa imkan verən bir anlayışdır. Azadlıq ayrılıqda götürülmüş heç bir insanın, qurum və hökumətin həqiqət üzərində inhisara malik olmadığı, lakin hər bir fərdi həyatın dəyərli olduğu, dünayaya gələn hər birimizin bir səbəbə görə dünyaya gəldiyi və təklif edəcəyi bir şeyi olduğunun tanınmasıdır,” o qeyd edib.

Səfir ABŞ-la Azərbaycan arasında inkişaf etmiş möhkəm dostluğun oıduğunu deyib.

Ümidvaram ki, ölkələrimiz həmin yolda hamı üçün daha böyük azadlıq və firəvanlıq axtarışında olan dost və tərəfdaş kimi addımlamağa davam edə bilər.
Li Litzenberger, ABŞ səfiri

“ABŞ ölkəniz öz müstəqilliyini yenidən qazandığı andan Azərbaycanın müstəqilliyini dəstələyib. 25 ildən daha əvvəl siz Sovet İttifaqının siyasi, iqtisadi və şəxsi buxovlarından kənar bir gələcəyə nəzər yetirərkən biz sisin yanınızda olduq. Siz həmin müstəilliyi möhkəmləndirmək və qoruyub saxlamaq üçün lazım olan enerji resurslarını həyata keçirərkən, biz sizin yanınızda olduq. Sizin dünya səhnəsində rolunuz artmaqda davam edərkən biz indi, bu gün də sizin yanınızdayıq. ABŞ sizin müstəqilliyinizə hörmət edir və dəyərləndirir, həmçinin anlayır ki, bu o deməkdir ki, biz həmişə hər bir məsələdə razılığa gəlməyəcəyik. Demokratiya bir yoldur. Bütün vətəndaşların hüquqları və potensialı üzrə konstitusiya öhdəliklərinin təmin edilməsi çətin ola bilər. Bu ABŞ, eləcədə də Azərbaycan üçün keçərlidir. Senator Con Kennedi 1966-cı ildə Kemp Tawn universitetində deyib:

“Hamı eyni şəkildə və eyni templə inkişaf etmir. Dövlətlər insan kimidir. Çox vaxt fərqli barabanların ritmi ilə addımlayırlar və Birləçmiş Ştatların dəqiq həlləri digərlərindən nə diqtə edilə bilər, nə də transplantasiya edilə bilər. Mühüm olan budur ki, bütün dövlətlər azadlığın artırılmasına, hamı üçün ədalətə, bütün insanların tələbatına cavab verəcək qədər güclü və uyğunlaşan cəmiyyətə nəhəng və başgicəlləndirici dəyişiklik dünyasına doğru addımlasın. Ümidvaram ki, ölkələrimiz həmin yolda hamı üçün daha böyük azadlıq və firəvanlıq axtarışında olan dost və tərəfdaş kimi addımlamağa davam edə bilər,” o qeyd edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyi Müstəqillik Gününü qeyd edir
ABŞ-ın Azərbaycandakı Səfirliyi Müstəqillik Gününü qeyd edir

Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar olub. Bu günədək ABŞ Azərbaycana 13,6 milyard birbaşa, Azərbaycan isə ABŞ-a 8,2 milyard dollardan çox portfel investisiyalar yatırıb
Samir Şərifov, Azərbaycanın maliyyə naziri

Tədbirdə Azərbaycan hökuməti adından çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanla ABŞ arasında sıx strateji əməkdaşlıq mövcuddur.

Nazir qeyd edib ki, bu gün Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır.

"Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar olub. Bu günədək ABŞ Azərbaycana 13,6 milyard birbaşa, Azərbaycan isə ABŞ-a 8,2 milyard dollardan çox portfel investisiyalar yatırıb."

Daha sonra S.Şərifov vurğulayıb ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prosesində ABŞ-ın səylərinə böyük ümid bəsləyir.

XS
SM
MD
LG