Accessibility links

ABŞ Səfirliyi: Azərbaycanın öz xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacib olacaq


ABŞ-ın Azərbaycandakı səfirliyi
ABŞ-ın Azərbaycandakı səfirliyi

ABŞ Səfirliyi parlament seçkiləri ilə bağlı bəyanatla çıxış edib

"Amerika Birləşmiş Ştatları ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB) monitorinq missiyasının 9 fevral seçkilərinin həqiqi rəqabətin qarşısını alan məhdudlaşdırıcı qanunverici və siyasi mühitdə keçdiyinə dair müşahidə və narahatlıqlarını bölüşür."

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin 9 fevral növbədənkənar parlament seçkiləri barədə bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar olub.

"Seçki günü DTİHB-nin müşahidə etdiyi ciddi prosedur pozuntuları, o cümlədən seçki qutularının topa bülletenlərlə doldurulması, qrup şəklində səsvermə, tutuşdurma prosedurlarına məhəl qoyulmaması və səslərin sayılması zamanı şəffaflığın məhdudlaşdırılması bizi məyus etdi.

Azərbaycan seçki prosesindəki pozuntuları tez bir zamanda araşdıracağına söz verib. DTİHB-nin hesabatından məlum olur ki, çox sayda qayda pozuntuları baş verib. Bunları araşdırmaq və ATƏT DTİHB-nin keçmiş və gələcək tövsiyələrini həyata keçirmək Azərbaycan üçün ATƏT-in üzv olkəsi olaraq öz üzərinə götürdüyü, daha vacibi isə Azərbaycan xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məqsədilə vacib olacaqdır." sənəddə deyilir.

"Biz güclü, sabit, demokratik və firavan gələcəyi təmin etmək üçün göstərdikləri səylərdə Azərbaycan hökuməti və insanlar ilə işləməyə sadiq qalırıq," səfirlik bəyan edib

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG