Accessibility links

ABŞ səfirliyi: İnformasiya qıtlığının kritik günlərində Azadlıq radiosu yeganə informasiya mənbəyi idi


ABŞ-ın Azərbaycandakı səfiri Litzenberger
ABŞ-ın Azərbaycandakı səfiri Litzenberger

“Bu gün, 30 il bundan əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı, telefon və radio xətləri kəsildi. Azərbaycan dünyadan təcrid edildi və 26 000 Sovet qoşunu Kremlin göstərişi ilə Bakıya daxil oldu. SSRİ öz varlığını qorumaq üçün bu cür tədbirlərə əl atdı və nəticədə rəsmi hesablamalara görə 800 nəfər vətəndaş yaralandı və 147 nəfər həlak oldu.”

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin 20 yanvar faciəsindən 30 il keçməsi barədə yaydığı məlumatda deyilir.

Səfirlik məlumatda o dövr üçün çətin olan informasiya blokadasını xatırladıb.

“Bu cür çətin vaxtda və Azərbaycanın informasiya blokadasında olan ağır günlərdə Azadlıq radiosunun mühüm işini də vurğulamaq istəyərdik. Radio Mirzə Xəzərin rəhbərliyi ilə Bakıdan gündəlik xəbərlər yaymağa və Azərbaycan gerçəklərini dünyaya çatdırmağa nail olmuşdu. İnformasiya qıtlığının olduğu kritik günlərdə Azadlıq radiosu yeganə informasiya mənbəyi idi. Yerli yazarlardan biri Mirzə Xəzərin 20 Yanvar hadisələrini işıqlandırmasını belə qiymətləndirmişdi: “Mirzə Xəzər – 20 yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi,” məlumatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG