Accessibility links

"Polis zorakılığına son!" - ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında qadınlar aksiya keçirdilər


Amerika səfiriliyi qarşısında "işgəncələrə son" aksiyası
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Etirazçılar plakatlar qaldıraraq polislərin vətəndaşlara şiddət göstərməsinə etirazlarını bildiriblər

Oktyabrın 25-də bir qrup qadın Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib.

Etirazçılar plakatlar qaldıraraq polislərin vətəndaşlara şiddət göstərməsinə etirazlarını bildiriblər. Həmçinin, oktyabrın 19-da Bakıda keçirilmiş mitinq zamanı həbs olunanların azadlığa buraxılmasını, işgəncələrə, dövlət orqanlarında vətəndaşların şikayətlərinə baxılmamasına son qoyulmasını tələb ediblər.

İnsanları tutub orada işgəncələr verilir, qabırğaları sındırılır. Şəxsən mitinqdə mən özüm polis şiddətinə məruz qalmışam.

"Ümumiyyətlə, bütün siyasi məhbuslar azad olunmalıdır," etirazçılardan biri Amerikanın Səsinə deyib. "Bizim məqsədimiz budur ki, ölkəmizdə polis zorakılığı olmamalıdır."

Digər etirazçı həftəsonu mitinqlərdə tutulan şəxslərə işgəncə verilməsi haqda danışıb:

"İnsanları tutub orada işgəncələr verilir, qabırğaları sındırılır. Şəxsən mitinqdə mən özüm polis şiddətinə məruz qalmışam. Bədən xəsarəti almışam. Onun izləri hələ də bədənimdə var. Biz bunlara son deyirik. Öz səsimizi duyurmaq üçün gəlmişik."

Polislər aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.

Həftəsonu Bakının mərkəzində keçirilən nümayişlərdə çox sayda adam saxlanılıb, polis zorakılığına məruz qalıb.
Həftəsonu Bakının mərkəzində keçirilən nümayişlərdə çox sayda adam saxlanılıb, polis zorakılığına məruz qalıb.

Bu zaman onlardan birinə müraciətlərini çatdırmaq üçün ABŞ səfirliyinin binasına yaxınlaşmağa icazə verilib.

"Biz diplomatlardan xahiş etdik ki, polisin qadınlara və siyasi məhbuslara qarşı zorakılığına son qoymaqda, ifadə azadlığı və sərbəst toplaşmaq hüququnu bərpa etməkdə bizə yardım etsinlər. Onlar da məni diqqətlə dinlədilər və görüşdə bu məsələlərin qaldıralacağını dedilər," səfirliyə müraciəti çatdıran etirazçı bildirib.

Təxminən yarım saat davam edən aksiya zamanı saxlanılan olmayıb.

XS
SM
MD
LG