Accessibility links

ABŞ-ın Azərbaycandakı Səfirliyində 11 sentyabr terror qurbanlarının xatirəsi yad edilib


ABŞ səfiri Li Litzenberger 11 sentyabr terror qurbanlarının xatirəsini yad edir
ABŞ səfiri Li Litzenberger 11 sentyabr terror qurbanlarının xatirəsini yad edir

ABŞ-ın Azərbaycandakı Səfirliyində 11 sentyabr hücumunun qurbanları yad edilib.

“11 sentyabr hadisələri Amerikanı və dünyanı tamamilə dəyişdirdi. Həmin gün öz həyatlarını itirən qəhrəmanların xatirəsini ehtiramla yad etmək üçün bizə qoşulun,” ABŞ Səfirliyinin rəsmi facedbook səhifəsində yaydığı məlumatda deyilir.

2001-ci ilin 11 sentyabrında “Əl-Qaidə” terror təşkilatının 19 üzvü ABŞ-da ələ keçirdikləri 4 sərnişin təyyarəsinin ikisini Nyu-Yorkda o vaxt üçün ən hündür tikili olan “World Trade Center”in binalarına, digərini isə Vaşinqton yaxınlığındakı Pentaqon binasına çırpıblar. Dördüncü təyyarə isə Pensilvaniya ştatı üzərində qəzaya uğrayıb. Terror hücumları nəticəsində 2977 insan həyatını itirib.

XS
SM
MD
LG