Accessibility links

ABŞ-ın Azərbaycandakı Səfirliyinin əməkdaşları çimərlikləri zibilliklərdən təmizləyib


Aprelin 21-də ABŞ-ın Azərbaycandakı Səfirliyinın əməkdaşları və Amerika dövləti tərəfindən maliyyələşdirilən mübadilə proqramlarının məzunlar Abşeron yarımadasındakı çimərliklərin zibilliklərdən təmizlənməsi işində iştirak edib. ABŞ səfiri Li Litzenberger də Yer Gününü qeyd etmək məqsədi ilə təmizləmə işlərində iştirak edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi Facebook səhifəsində məlumat yayıb.

“Yer Günü, bizim evimiz olan Yer planetinin qorunmasının vacibliyini yada salan çox əhəmiyyətli bir gündür və ətraf mühitin gələcəkdə bizə dəstək ola bilməsini təmin etmək üçün səylərimizə yenidən baxılması vaxtıdır,” səfirliyin məlumatında deyilir.

Səfir Li Ltzenberger Yer Günü tədbirlərində iştirak edib
Səfir Li Ltzenberger Yer Günü tədbirlərində iştirak edib

Beynəlxalq Yer Kürəsi Günü və ya "Ağac Günü"nün keçirilmə tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. ABŞ senatoru Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi.

Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olunub. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırıb. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG