Accessibility links

ABŞ-ın qütbləşməsinə səbəb nədir? 


ABŞ-ın qütbləşməsinə səbəb nədir?
please wait

No media source currently available

0:00 0:03:08 0:00

ABŞ tək bir ölkə ola bilər, ancaq prezident seçkilərinin də göstərdiyi kimi amerikalılar siyasi baxışlarından asılı olaraq iki fərqli reallıqda yaşayır.

Yalnız adını açıqlayan Bayden tərəfdarı Jeff bildirir ki, "Mən çox narahat idim və indi də narahatam. Mən həqiqətən artıq bu ölkəni tanıya bilmirəm. Düşünürəm ki, Donald Tramp ölkəni parçalayıb".

Trampı dəstəkləyən Beth Jordan isə düşünür ki, "Mənim fikrimcə, Tramp iqtisadiyatı dirçəltdi. Mənim pensiyam artdı. Faizlərim artdı. İndi daha çox gəlir əldə edirəm. Eləcə də səhmlərimin qiyməti artdı, indi daha çox pul qazanıram".

Bu iki fərqli baxışlar ölkəni dərindən parçalandığını göstərir.

Kaliforniya Texnologiya İnstitututun siyasi professoru Mixael Alvarez bildirir ki,
"Biz siyasi və idealoji baxımından parçalanmışıq. Sosial və iqtisadiyyat kimi bir çox məsələlərdə də bölünmüşük. Biz öz şəxsi fikirlərimiz və pandemiyaya reaksiyamızda da fəqrli qütblərdəyik".


Seçki gecəsi Demokratların ümid etdiyi kimi mavi dalğa baş vermədi. Anket nticələrinə əsasən Baydenin liderlik etdiyi əsas mübarizə ştatı Floridada Tramp qələbə qazandı.

Bəs o zaman niyə bu rəy sorğuları səhv oldu? Mixael Alvarez düşünür ki,"Ehtimal etmək olar ki, pandemiyada anketlər üçün mövzuların necə hədəfə alınacağı və daha sonra məlumatları statistik olaraq necə yenidən yığılacağı barədə edilən bu fərziyyələrin bir çoxu sistematik olaraq səhv ola bilər".

Bayden kampaniyası Trampın pandemiyanı necə idarə etməsinə güclü fokuslandığı bir vaxt ola bilsin ki, Demokratlar seçicilərin Trampı dəstəkləməsinə səbəb olan digər məsələlərin əhəmiyyətini səhv qiymətləndirib.

Mixael Alvarez bildirir ki, "Tramp tərəfdarları özlərini təcrid olunmuş kimi hiss edir. Özlərinin və ailələrinin bir çox fürsəti əldən qaçırmış kimi hiss edirlər. Və məncə Tramp bu narazılığı uğurlu bir formada ələ alıb. Və bunun 2016-cı ildən indiyə kimi dəyişdiyini düşünmürəm, əksinə ola bilsin ki, daha da pisləşib".

Bu çox yaxın seçki yarışı ABŞ-da əhalinin demoqrafik və siyasi coğrafi dəyişikliyinə də işarə edir.


Mixael Alvarez deyir ki, "Düşünürəm ki, qaradərili insanların Demoktalara dəstəyi kimi fərqli seqmentlərdən proqnozlaşdırılan dəstək Demokratların etibar edə biləcəyi bir şey deyil. Düşünürəm ki, qaradərili və ispandilli seçicilərin səslərini qazanmaq üçün həqiqətən ortaya iş qoymalıdırlar".

Baydenin doğma ştatından olan Treysi Hinson Trampa səs verib. Və bildirir ki, "Co Baydenə səs vermək üçün heç bir ruh yüksəkliyi görmürəm".

Bayden tərəfdarı Bet Cobson isə son dörd ildə yaşanan fikir ayrılığından uzaq bir dəyişiklik istədiyini bildirir. O deyir ki, "Ölkəmizin yaxşılaşması üçün dua edirəm, bir araya gələrək oturub hər tərəfin bir-birini səsini eşidə biləcəyi formada söhbət edə bilərik".

Növbəti prezident bölünmüş ölkəyə rəhbərlik etməyə çalışarkən bir tərəfdən də davam edən pandemiya və iqtisadi fəlakətlə mübarizə aparmalı olacaq.

Şərhlərə bax

XS
SM
MD
LG