Accessibility links

ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyada mülki vətəndaşların ölümü haqda məlumatları təkzib edib


ABŞ hərbi qüvvələri Suriyanın şimalında Mənbic ərazisində, 4 aprel, 2018.
ABŞ hərbi qüvvələri Suriyanın şimalında Mənbic ərazisində, 4 aprel, 2018.

ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyanın şimalında İslam Dövləti qrupunun nəzarətində olan ərazilərdə keçirdiyi hava hücumları zamanı onlarla mülki vətəndaşın ölümülə bağlı məlumatları təkzib edib.

Suriyanın dövlətə məxsus mediası, müharibəni müşahidə edən monitorinq qrupu və İslam Dövləti qrupu ilə əlaqədar olan xəbər agentliyi şənbə günü koalisiyanın hava hücumları zamanı çoxu qadın və uşaq olmaqla, 40 nəfərin öldüyü haqda məlumat verib.

Türkiyə və ABŞ hərbi qüvvələri Suriyanın şimalında Mənbicdə birgə patrul əməliyyatı zamanı, 8 noyabr, 2018.
Türkiyə və ABŞ hərbi qüvvələri Suriyanın şimalında Mənbicdə birgə patrul əməliyyatı zamanı, 8 noyabr, 2018.

Koalisiyanın şənbə günü açıqladığı bəyanatda deyilir ki, koalisiya qüvvələri İslam Dövləti qrupuna qarşı quru əməliyyatlarına dəstək məqsədilə həmin ərazilərdə cümə günündən başlayaraq 19 hava hücumu keçirib. Bəyanatda zərbə endirilən bütün hədəflərin “qanuni” olduğu və həmin ərazidə mülki əhalinin olmadığı bildirilir.

Bəyanatda həmçinin deyilir ki, ərazidə digər 10 hücum koalisiya qüvvələri tərəfindən həyata keçirilməyib.

Suriya və Rusiya militantlara qarşı mütəmadi olaraq aviazərbələr endirməyə davam edir. İraq da öz növbəsində İslam Dövləti qrupuna qarşı sərhəddən hücumlar həyata keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG