Accessibility links

ABŞ-ın baş cərrahı:  Yeni COVID məhdudiyyətləri "müvafiq cavabdır"


ABŞ-ın baş cərrahı Vivek Murti bazar günü Prezident Baydenin milyonlarla işçidən işlərini itirmək təhlükəsi ilə üzləşməmək məqsədilə koronavirusa qarşı vaksin olmalarını tələb edən sərəncamını müdafiə edib. Bir çox Respublikaçı ştat qubernatoru isə buna qarşı çıxır.

“Bu, qeyri-adi bir addım deyil,” Murti ABC kanalının “This Week” verilişində bildirib. “Bu, müvafiq cavabdır,” o deyib.

Birləşmiş Ştatlatda koronavirusun delta variantına gündə 150 min yoluxma, 1500 ölüm halı qeydə alındığı bir vaxt, Bayden ötən həftə 100-dən çox işçisi olan şirkətlərə işçilərindən vaksin olmağı və ya hər həftə COVID-19 testi olmağı tələb etmələrinə göstəriş verib.

Baydenin bu yeni göstərişi dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da 80 milyon işçiyə təsir göstərir və onlar vaksin və ya testdən imtina etmələri təqdirsə işlərini itirmək riski ilə üz-üzə qoyur.

Prezident həmçinin federal hökumətdə işləyən 2.5 milyon işçinin vaksin olunmasını əmr edib və peyvənd vurma əvəzinə hər həftə test olmaq seçimini aradan qaldırıb.

Bəzi böyük şirkətlər artıq vaksinləri məcburi edib və böyük bizneslərin icraçıları Baydenin göstərişlərinə dəstək bildiriblər. Lakin Demokrat prezidentin tənqidçisi olan 19 Respublikaçı qubernator onun göstərişinə etiraz bildirib və hüquqi yollara baş vuracaqlarını deyib.

Onlardan biri, Nebrasanın Respublikaçı qubernatoru Pit Riketts “Fox News Sunday” verilişində bildirib ki, prezidentin sərəncamları federal hökumətin səlahiyyətlərini “həddindən artıq aşdığını” göstərir.

Rikets deyib ki, bir çox işçi vaksin olmağa məcbur edildikləri təqdirsə işlərini itirməkdən qorxduqlarını bildirib.

“İşini saxlamaqla, qoluna peyvənd vurmaq arasında seçim etməyə məcbur edilməməlisiz. Hazırda nəyə etibar edəcəklərini bilməyən çox sayda insan var,” o deyib, baxmayaraq ki, federal səhiyyə tənzimləyiciləri Pfizer-BioNTech vaksinini tam təsdiq ediblər, Moderna vaksinin isə fövqəladə istifadəsinə icazə veriblər.

Rikets deyib ki, bəzi insanların tərəddüdləri “ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bir çox məsələdə fikir dəyişməsinin nəticəsidir.”

“Məncə vaksin olub-olmamaq şəxsi seçim olmalıdır, hökumət tərəfindən məcbur edilməməlidir,” o deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG