Accessibility links

ABŞ-ın baş generalı Əfqanıstandan təxliyə və hərbi qüvvələrin ölkədən çıxarılmasını 'strateji uğursuzluq' adlandırıb


ABŞ-ın Baş generalı Əfqanıstan təxliyəsini, oradan geri çəkilməni 'Strateji uğursuzluq' adlandırıb
please wait

No media source currently available

0:00 0:03:33 0:00

Amerikanın ən yüksək vəzifəli hərbi zabiti Əfqanıstanın təxliyəsini "maddi-texniki uğur, strateji uğursuzluq" kimi xarakterizə edib. Birləşmiş Qərargah Rəisləri Başçısı General Mark Milli ABŞ ordusunun Əfqanıstandan çıxarılması və təxliyəsi ilə bağlı mübahisəli Senat dinləmələrində çıxış edib.

ABŞ-ın yüksək səviyyəli generalı çərşənbə axşamı Əfqanıstanın təxliyə missiyasını və müharibənin ümumi sonunu açıq şəkildə qiymətləndirib.

"Bu, maddi-texniki uğur, lakin strateji uğursuzluq idi. Nəticə strateji uğursuzluqdur. Kabil düşmən nəzarətindədir. Bunu izah etmək üçün başqa bir yol yoxdur. Bu, 20 günün deyil, 20 ilin icmalıdır" - deyə, Baş Qərargah Rəisləri Birliyinin rəhbəri General Mark Milli bildirib.

O, Milli Mərkəzi Komandanlığın rəhbəri general Frenk Makkenzi ilə birlikdə ən az 2500 əsgərin qalmasını istədiklərini deyib.

"Mənim qiymətləndirməm 20-ci ilin payızında gerçəkləşmişdi və bütün müddət ərzində olduğu kimi qalırdı. 2500 sabit say saxlamalıyıq və bu, 3500-ə qədər də çata bilər. Təxminən bu yolla danışıqlarla həll olunan qədər davam etmək olar" - deyə, Milii əlavə edib.

"Əfqanıstanda 2500 əsgər saxlamağımızı tövsiyə etdim. Həm də əvvəllər 2020 -ci ilin payızında tövsiyə etdim ki, o vaxt 4,500-ə sahib olaq. Bunlar mənim şəxsi fikirlərimdir. Bu qüvvələrin geri çəkilməsinin qaçılmaz olaraq Əfqanıstan hərbi qüvvələrinin və nəticədə Əfqanıstan hökumətinin çöküşünə gətirib çıxaracağı qənaətində idim" - ABŞ-ın Mərkəzi Komandanlığının rəhbəri General Frenk Makkenzi bildirib.

Generalların dedikləri Prezident Co Baydenin iddiaları ilə ziddiyyət təşkil edir. Bayden ABŞ-ın kiçik bir hərbi qüvvəsini Əfqanıstanda saxlamağa çağıran məsləhətçilərini xatırlamadığını demişdi.

Ağ Ev çərşənbə axşamı bütün qoşunların çıxarılması qərarını müdafiə edib.

"Orada 2500 əsgər saxlasaydıq, qoşun sayını artırardıq, Talibanla müharibə edərdik, ABŞ daha çox itki verərdi. Bu, hər kəsin aydın gördüyü bir həqiqət idi" - Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Həm Respublikaçılar, həm də Demokratlar prezidentin bunu etməyəcəyini dedikdən sonra amerikalıları və Əfqanıstan müttəfiqlərini ölkədə qoyduqları üçün administrasiyanı tənqid edib.

Oradakı anti-terror müharibəsinin gələcəyi ilə bağlı suallar da verilib.

“Ordunun Əfqanıstandan gələn terror təhdidlərini məğlub etmək vəzifəsi çətinləşibmi?” – deyə, Respublikaçı Senator Coni Ernst bildirib.

“Bəli” - deyə, Milli cavablandırıb.

“Taliban və onun digər terror ortaqlarının Əfqanıstanda getdikdən sonra daha çox təlim və hazırlıq qabiliyyəti varmı?” - deyə, Coni Ernst sual edib.

“Bəli” - deyə, o bildirib.

"Əl-Qaidə və İŞİD kimi təşkilatların Əfqanıstandan terror fəaliyyətləri üçün savaş meydançası kimi istifadə etmələrini inkar edə biləcəyimizə əminsinizmi?" - deyə, Demokrat Senator Mark Kelli soruşub.

"Düşünürəm ki, bunu hələ görəcəyik" - deyə, ABŞ CENTCOM Komandiri General Frenk Makkenzi qeyd edib.

Ordu Makkenzinin məsuliyyətini üzərinə götürdüyü 10 mülki vətəndaşın ölümünə səbəb olan geri çəkilmənin son günlərində etdiyi yanlış dron hücumu üçün sərt tənqidlərə məruz qalıb.

Yüksək səviyyəli müdafiə rəsmiləri, eyni zamanda ABŞ kəşfiyyatının Kabilin sürətlə təslim olmasını gözləmədiyini bir daha vurğulayıb.

Ancaq təlimlərdə onlar Amerikanın mülki liderlərinə mesaj göndəriblər və daha sonra Əfqanıstan lideri Əşrəf Qani devrilib.

“İstənilən rəhbərə məsləhət görərdim: tarix və ya bitmə tarixləri qoymayın. Hər şey şərtlərə əsaslansın və ard-arda iki prezident [Tramp və Bayden] tarixləri qeyd edib" - deyə, General Mark Milli bildirib.

"Prezidentiniz paytaxt müdafiəsinin ortasında birdən-birə yox olursa, düşünürəm ki, orada heç bir mövqe tutmaq şansı qalmır" - deyə, General Makkenzi qeyd edib.

XS
SM
MD
LG