Accessibility links

ABŞ-ın baş prokuroru Müllerin təhqiqatı ilə bağlı sualları cavablandırır


ABŞ-ın baş prokuroru Uilliam Barr bu gün Nümayəndələr Palatasının alt komitəsi qarşısında ifadə verəcək. Uilliam Barrın xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi haqda apardığı təhqiqat barədə sualları cavablandıracağı gözlənilir.

Barrın dinləmələrə çağırılmasının səbəbi Tramp administrasiyasının oktyabrın əvvəli başlayacaq maliyyə ili üçün Ədliyyə Nazirliyinə büdcə təklifini müzakirə etməkdir.

Lakin onun Müllerin hesabatı haqda dörd səhifəlik mübahisəli xülasə daha çox diqqətə səbəb ola bilər.

Barr xülasədə yazıb ki, Tramp və ya onun kampaniyası ilə əlaqəsi olan hər hansı şəxsin seçkilərin Trampın xeyrinə nəticələnməsi üçün Rusiya ilə hər hansısa konspirasiya və ya əlaqəsinin olması barədə heç bir dəlil yoxdur.

Washington PostThe New York Times qəzetlərinə əsasən, Müllerin təhqiqatçılarının bəziləri deyib ki, Barr onların araşdırmalar zamanı əldə etdiyi məlumatları adekvat şəkildə təsvir etməyib.

Məqalələrdə deyilir ki, Müllerin komandasının üzvləri topladıqları dəlillərin narahat doğurduğu və əhəmiyyətli olduğuna inanır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG