Accessibility links

ABŞ-ın Bakıdakı Səfirliyi terror və insan oğurluğu təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb


ABŞ-ın Bakıdakı Səfirliyi etibarlı mənbələrə əsaslanaraq Bakıda yaşayan ABŞ vətəndaşlarına potensial terror və insan oğurluğu təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Səfirliyin oktyabrın 24-də yaydığı təcili məlumatda ABŞ vətəndaşlarına "JW Mariott Absheron" otel və digər ərazilərdən uzaq durmağa çağırır. Səfirlik bu məlumatı etibarlı mənbələrə əsaslanaraq yaydığını bildirir.

Səfirlik Amerika vətəndaşlarını ehtiyatlı və sayıq olmağa, kütləvi insan toplanan yerlərdən uzaq durmağa, əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olmağa, yeni xəbərdarlıqlarla bağlı səfirliyin səhifəsindən məlumatları izləməyə çağırır.

Oktyabrın 23-də ABŞ-ın Türkiyədki Səfirliyi də təhlükəsizliklə bağlı eyni məzmunlu xəbərdarlıq yayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ​​Ukrayna və Rusiya bir-birini Kaxovka bəndini partlatmaqda ittiham edir
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG