Accessibility links

ABŞ-ın Bakıdakı və Yerevandakı səfirlikləri Los-Ancelesdəki insidentlə bağlı birgə bəyanat yayıb


ABŞ-ın Bakıdakı və Yerevandakı səfirlikləri Azərbaycanın Los-Ancelesdəki konsulluğunun qarşısında 21 iyul etiraz aksiyası barədə bəyanatı ilə çıxış edib.

Sənəddə deyilir: "ABŞ-ın Bakıdakı səfirliyi və ABŞ-ın İrəvandakı səfirliyi dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyir. ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görəcəkdir. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq.”

İyulun 21-də ABŞ-ın Los Anceles şəhərində Azərbaycan konsulluğunun qarşısında təşkil olunan etiraz aksiyasında erməni və azərbaycanlı diaspora üzvləri arasında qarşıdurmalar baş verib.

Yerli telekanallar toqquşmalar zəminində baş verən üç potensial nifrət hücumu ilə bağlı araşdırma aparıldığını xəbər verib.

Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda erməni etirazçıların yeddi azərbaycanlı diaspora üzvünə xəsarət yetirdiyini bildirib. Azərbaycanın Los Ancelesdəki konsulluğu qarşıdurmalar zamanı xəsarət alan bir neçə şəxsin fotolarını öz Facebook səhifəsində paylaşıb.

Ermənistan Los Ancelesdəki Baş Konsulluğu baş vermiş insidenti "azərbaycanlıların törətdikləri təxribat" kimi təsvir edərək onu pisləyib.

Ermənistan rəsmiləri Los Ancelesdə dinc etirazçılara qarşı baş vermiş zorakılıqları "qəbuledilməz" hesab etdiklərini bildirib.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında toqquşmalar baş verib, hər iki tərəfdə itkilər olub.

ATƏT-in Minsk Qrupu, ABŞ və Avropa İttifaqı tərəfləri atəşkəsi pozmamağa və döyüşləri dərhal dayandırmağa çağırıb.

Hazırda təmas xəttində vəziyyətin sabit olduğu bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG