Accessibility links

ABŞ-ın Belarusdakı səfirliyi amerikalılara ölkəni tərk etmək imkanlarını nəzərdən keçirməyi tövsiyə edir


ABŞ-ın Belarusdakı səfirliyi şənbə günü amerikalılara oktyabrın 25-də müxalifət qüvvələri tərəfindən Aleksandr Lukaşenkoya təqdim olunan "Xalq Ultimatumu" üçün son müddətin bitməsindən sonra ölkə ərazisində potensial mitinqlər, toplantılar, etirazlar və nümayişlərlə bağlı daha diqqətli olmağın zəruriliyi barədə məlumat verib.

Keçən həftə Belarus müxalifətinin liderlərindən biri olan Svetlana Tixanovskaya Minskə oktyabrın 25-dən gec olmayaraq müəyyən tələbləri yerinə yetirmək üçün çağırış edərək, prezident Aleksandr Lukaşenkoya “Xalq Ultimatumu” təqdim edib. Tixanovskaya tələblər yerinə yetirilmədiyi təqdirdə, Lukaşenkoya bunun etirazlar, tətillər, nəqliyyatın bağlanması və digər tədbirlər kimi nəticələri olacağı barədə xəbərdarlıq edib.

“Ultimatum nəzərə alınaraq, təhlükəsizlik qüvvələri və etirazçılar etirazlar, nümayişlər, mitinqlər və bu kimi digər kütləvi toplantılar zamanı güc tətbiq edilməsini artıra bilər”, ABŞ səfirliyinin açıqlamasında bildirilir.

Səfirlik ABŞ vətəndaşlarına paytaxt Minskdə və ölkənin digər yerlərində böyük nümayişlərin təşkil edilə biləcəyini xatırladıb.

Diplomatik nümayəndəlik ABŞ vətəndaşlarını kütləvi nümayişlərdən çəkinməyə və “dinc şəkildə təşkil olunan toplantıların tez bir zamanda qarşıdurma və zorakılığa çevrilə biləcəyini anlamağa” çağırıb. Bununla yanaşı bildirilir ki, “bu fəaliyyətlər ictimai nəqliyyatda fasilələrə, hərəkətin ləngiməsinə, küçələrin bağlanmasına və mitinqlər ətrafında polis qüvvələrinin mövcudluğunun artmasına səbəb ola bilər”.

Müraciətdə siyasi və təhlükəsizliklə əlaqədar vəziyyət nəzərə alaraq, Birləşmiş Ştatlar vətəndaşlarına Belarusu təhlükəsiz şəkildə quru və ya hava nəqliyyat vasitələri ilə tərk etmək imkanlarını nəzərdən keçirmək tövsiyə edilir.

"Xalqın ultimatumu" nun tələbləri arasında Lukaşenkonun istefası və bütün siyasi məhbusların azad edilməsi kimi tələblər də yer alır.

XS
SM
MD
LG