Accessibility links

ABŞ-ın beynəlxalq imici Baydenin prezidentliyi dövründə yaxşılaşıb


Pew Araşdırmalar Mərkəzinin yeni sorğuları göstərir ki, Co Bayden prezident kimi Trampı əvəzlədikdən sonra ABŞ-ın qlobal nüfuzu əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Sorğuların keçirildiyi 16 ölkədə respondentlərin 60 faizindən çoxu Baydenin dünya məsələlərini idarə etməkdə "doğru işlər görəcəyinə" inandığını bildirib.

Sorğu göstərir ki, Tramp Ağ Evdə olduğu dörd il ərzində ölkən ilə bağlı müsbət reytinqlər xeyli aşağı düşdükdən sonra yenidən bərpa olunmağa başlayıb.

Almaniya və Fransa kimi müttəfiq ölkə vətəndaşlarının Amerikanı təqdiretmə reytinqi də keçən ildən bu günə kimi 30 faiz artıb.

Keçən il ABŞ barədə müsbət düşüncələr Kanada, Britaniya və Yaponiya kimi ölkələrdə ən aşağı səviyyəyə düşmüşdü.

Sorğular göstərir ki, Fransada ABŞ-a qarşı müsbət münasibət keçən ilki 31 faiz ilə müqayisədə bu il 65 faizə yüksəlib. Barak Obamanın prezidentliyi dövründə 10 fransızdan azı 6-sı ABŞ-a rəğbət göstərirdi.

Sorğu Co Baydenin ilk xarici səfəri çərçivəsində Avropaya səyahət etməsinən bir gün sonra yayımlanıb.

Lakin sorğu həmçinin onu göstərir ki, ABŞ-ın güclü qlobal mövqeyinə baxmayaraq, 16 ölkədən olan şəxslərin çoxu ABŞ-a beynəlxalq tərəfdaş və işləyən bir demokratiya kimi şübhə ilə yanaşır.

Respondentlərin əksəriyyəti ABŞ-ın "əvvələr demokratiya üçün daha yaxşı nümunə olduğunu, lakin bunun son illərdə olmadığını" bildirib.

Pew Araşdırmalar Mərkəzi sorğunu 12 Mart - 26 May tarixlərində Avstraliya, Belçika, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Yaponiya, Hollandiya, Yeni Zelandiya, Sinqapur, İspaniya, İsveç, Cənubi Koreya, Tayvan və Böyük Britaniyada yetkinlik yaşına çatmış 16 254 insan arasında keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG