Accessibility links

ABŞ-ın bir neçə ştatında güclü qar qasırğası olub


Birləşmiş Ştatların bir neçə cənub ştatında qar və buzlu yağışların yağmasından sonra bu gün yolların təmizlənməsi və elektrikin bərpası işləri aparılır.

Virçiniya ştatının bir hissəsi, Şimali Karolina, Cənubi Karolina, Qərbi Vircinya və Tennisi ştatlarına bazar günü 30 sm.-dən 60 sm.-ə qədər qar yağıb.

Qasırğa nəticəsində yollarda yaranmış təhlükəli vəziyyətə görə çox sayda qəzanın baş verdiyi, Şimali Karolina ştatının Şarlott şəhərində isə ağacın avtomobilin üzərinə düşməsinin bir nəfərin ölümünə səbəb olduğu bildirilb.

Şarlott şəhərinin aeroportunda mindən çox uçuş təxirə salınıb.

Elektrik enerjisi şirkətlərinin məlumatlarında ən çoxu Şimali Karolina ştatında olmaqla, 300 mindən çox insanın elektriksiz qaldığı deyilib.

Virciniya və Şimali Karolina ştatlarının qubernatorları resursların səfərbərlik edilməsi məqsədilə qasırğadan əvvəl fövqəladə vəziyyət elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG