Accessibility links

ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin və “Azərbaycan Dəmir Yolları” Cəmiyyətinin rəhbərləri görüşüb


ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələri və “Azərbaycan Dəmir Yolları” Cəmiyyətinin rəhbərləri görüşüb

ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklaren Azərbaycanda nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən məmnun qaldığını və ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini deyib.

Ron Maklaren bu barədə “Azərbaycan Dəmir Yolları”(ADY) Qapalı Səhmdar Cəmiyyətində ABŞ-la ikitərəfli əməkdaşlıqla bağlı keçirilən görüşdə bildirib.

ADY-nin məlumatına görə, görüşdə 2015-2018-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklaren, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyev iştirak edib.

Bakı Tbilisi Qars
Bakı Tbilisi Qars

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir.

“Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir,” o qeyd edib.

Qurbanov Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib.

Sonra ikitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Ekspertlər Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə Əfqanıstana yüklərin daşınması məsələlərinin gündəlikdə olduğunu bildirir

Bu il aprelin 3-4-də Vaşinqtonda keçirilən NATO xarici işlər nazirlərinin toplantısında NATO baş katibi Yens Stoltenberq bildirib ki, 2017-ci ildə fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolundan üzv dövlətlər Əfqanıstana və geriyə daşımalar zamanı istifadə edir.

“Bakı-Tbilisi-Qars dəmir yolu Alyansın “Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verir,” baş katib qeyd edib.

XS
SM
MD
LG