Accessibility links

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli istefa verir


ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli Ağ Evdə müxbirlərin suallarını cavablandırır, 9 oktyabr, 2018.
ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli Ağ Evdə müxbirlərin suallarını cavablandırır, 9 oktyabr, 2018.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli vəzifəsindən istefa verir.

Nikki Heyli çərşənbə axşamı günü Ağ Evdə prezident Donald Trampla görüşdə müxbirlər üçün açıqlamalar verib. O, istefa verdiyini deyərək, BMT-də ABŞ-ın səfiri olmasını “həyatında ən böyük şərəf” adlandırıb.

Heyli bu ilin sonuna qədər vəzifəsinin icrasını davam etdirəcəyini deyib.

Prezident Donald Tramp Nikki Heylinin işinə yüksək qiymət verib və ona təşəkkürünü bildirib. O deyib ki, Heyli xüsusilə də İran və Şimali Koreya ilə bağlı məsələlərlə ələqədar bir sıra problemlərin həllində iştirak edib.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli və ABŞ prezidenti Donald Trampla Ağ Evdə müxbirlərin suallarını cavablandırır, 9 oktyabr, 2018.
ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli və ABŞ prezidenti Donald Trampla Ağ Evdə müxbirlərin suallarını cavablandırır, 9 oktyabr, 2018.

Nikki Heyli ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə təyin olunmazdan öncə Cənubi Karolina ştatının ilk qadın qubernatoru olub.

Onun BMT-yə səfir təyin olunması təəccüblə qarşılanmışdı, belə ki, Heyli 2016-cı il prezident seçki kampaniyası dövrü Trampın üslubunu tənqid edən siyasətçilərdən biri idi.

Hindistandan gəlmiş mühacirlərin qızı olan Nikki Heyli Trampın kabinetində vəzifə tutan altı qadından biridir. O, Respublikaçılar partiyasının gələcəkdə potensial namizədi hesab edilir.

XS
SM
MD
LG