Accessibility links

ABŞ-ın cənub sərhədinə 8 mindən çox qoşun göndərilib


İki ABŞ müdafiə rəsmisinin cümə günü Amerikanın Səsinə verdiyi məlumata görə, Birləşmiş Ştatların cənub sərhədinə səfərbər edilən ABŞ qoşunlarının sayı 8 minə çatıb.

Prezident Donald Tramp qoşunlara Mərkəzi Amerikadan gələrək sığınacaq axtaran miqrnat karvanının ABŞ-a daxil olmasının qarşısını almalarına göstəriş verib.

Rəsmilər qoşunların Milli Təhlükəzilik Nazirliyinin sərhəddə təhlükəsizliyin təmin olunmasına yardım tələbinə cavab olaraq “ya artıq səfərbər olduğunu ya da səfərbər olunacağını” söyləyib.

ABŞ milli təhlükəsizlik naziri Kirstjen Nielsen Sərhəd Patrul Xidmətinin agenti ilə söhbət edir.
ABŞ milli təhlükəsizlik naziri Kirstjen Nielsen Sərhəd Patrul Xidmətinin agenti ilə söhbət edir.

Cənubi sərhədə artıq Milli Qvardiyanın 2 min yüz qoşunu göndərilib. Ümumilikdə hazırda sərhəd keşik agenlərinə yardım edən ABŞ qoşunlarının sayı İraq və Suriyada terror qruplarına qarşı mübarizə edən ABŞ qoşunlarındna daha çoxdur.

Cümə günü Ağ Evdə müxbirlər önündə çıxış edən Tramp deyib ki, qoşunlar onlara daş atan miqrantları güllə ilə vurmayacaq.

“Mən güllələyin demədim. Mən güllələyin demədim. Onlar bizə bunu edir, onlar uzun müddətliyinə həbs olunacaq”, Tramp deyib.

Bir gün öncə isə immiqrasiya ilə bağlı çıxışı zamanı Tramp orduya ABŞ sərhəd rəsmilərinə daş atan miqrantları güllə ilə vurmasına dair göstəriş verdiyinə işarə etmişdi. Ekspertlər və təqaüdə çıxmış ordu rəsmiləri bu cür göstərişin ABŞ-ın hərbi konvensiylarına zidd olduğuna görı qeyri-qanuni olduğunu qeyd edib.

Bu arada isə sığınacaq almaq üçün ABŞ-a doğru irəliləyən bir qrup miqrant Trampı məhkəməyə verib. Altı honduraslı miqrantın vəkiləri Trampı Vaşiqntonda məhkəməyə verib və onun ABŞ konstitusiyasına beşinci düzəlişdəki hüquqi proses haqlarını pozmaqda ittiham edib.

Tramp miqrant karvanından istifadə edərək gələn həftə keçiriləcək ara seçkilərdən öncə respublikaçı seçiciləri hərəkətə gətirməyə çalışır və bir neçə dəfə bu yanaşmasının “milli fövqəladə” hal olduğunu söyləyib.

Salvadorlu miqrantlar Qvatemala-Meksika sərhədini keçməyə çalışır.
Salvadorlu miqrantlar Qvatemala-Meksika sərhədini keçməyə çalışır.

Tramp cümə axşamı sənədsiz immiqrantlarla bağlı narahatlıqlarını yenidən dilə gətirib və “gələn həftə” sığınacaq axtaran insanları məhdudlaşdıracaq sərəncam imzalayacağını vəd edib.

Cümə axşamı Missuri ştatının Kolumbia şəhərində bir neçə dəfə Amerikada doğulan uşaqlara vətəndaşlıq verilməsinə son qoymağı nəzərdən keçirdiyini deyib. ABŞ konstitusiyasına 14-cü düzəliş Amerikada doğulan hər kəsi vətəndaşlıqla təmin edir. Prezident mitinq zamanı deyib ki, o, xarici vətəndaş qadınların uşaqlarının avtomatik olaraq Amerika vətəndaşı olamaları üçün ABŞ-a səfər etmələrinin əleyhinə olduğunu söyləyib.

Tramp deyib ki, o, sərəncam imzalayaraq 14-cü düzəlişi dəyişə bilər, lakin hüquqi məsələlər üzrə bir çox təhlilçi bununla razılaşmır. Onlar Konstitusiyanın tək bir sərəncamla dəyişməyəcəyini deyir.

Prezident əlavə edib ki, sığınacaq istəyən miqrantlar bu tələblərini qanuni keçid nöqtələrində irəli sürməlidirlər və deyib ki, daha çox sığınacaq axtaran insanların həbs olunmasını istəyir.

Prezident Donald Tramp Missuridə çıxış edir.
Prezident Donald Tramp Missuridə çıxış edir.

Meksika sərhədinə daha çox qoşuna göndərildiyi bir vaxt, bəzi hərbi ekspertlər iddia edir ki, sərhədə qoşun göndərmək diqqəti, müdafiə naziri Ceyms Mattisin söylədiyi kimi, ordunun müharibədə daha “letal” olmaq prioritetindən yayındırır.

Sabiq milli təhlükəsizlik naziri Tom Ridc Trampın sərhəddə ABŞ ordusundan istifadəsini qınayıb.

Miqrantlar hələ də, ABŞ-dan 1000 kilometrdən uzaqdadır. Bu məsafəni piyada qət etmək azı bir neçə həftə sürəcək.

XS
SM
MD
LG