Accessibility links

ABŞ-ın cənub sahillərinə mövsümün ilk Atlantik qasırğası yaxınlaşır


ABŞ-ın cənub-qərb ştatı Luiziana sakinləri Barri tropik qasırğasına hazırlaşır. Sinoptiklər ştatın sahilyanı ərazilərində qasırğa xəbərdarlığı yayıb.

Nyu Orlean turistlərinin bəziləri bu xəbərdarlıqdan sonra mağazalara üz tutaraq lazımi tədarük görür və yuxarı mərtəbələrdə nömrələr tutub.

Luiziana qubernatoru Con Bel Edvards fövqəladə vəziyyət elan etdikdən sonra insanlar evlərini və əmlaklarını sudan qorumaq üçün qum kisələri almağa başlayıb.

Onun sözlərinə görə, bu təbii fəlakət son illərin ən güclü qasırğası olacaq. Milli Qasırğa Mərkəzinin verdiyi məlumata görə, qasırğa cümə günü gecə və ya şənbə günü səhər saatlarında sahilə çatacaq. Bu qasırğa ABŞ-da Atlantik qasırğa mövsümünün ilk qasırğası olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Çin prezidenti Moskvaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:09:29 0:00
XS
SM
MD
LG