Accessibility links

ABŞ-ın cənubunda güclü tornado nəticəsində 23 nəfər həyatını itirib


Bazar günü ABŞ-ın cənub Alabama ştatında baş verən tornado nəticəsində ən azı 23 nəfər ölüb, çox sayda yaralı var.

Yerli hökümət rəsmilərinin dediyinə görə, ölkənin cənub şərqindəki sərt havanın nəticəsində ən azı iki tornado quruya çatıb.

Li dairəsinin fövqəladə hallar xidmətinin mətbuat katibinin sözlərinə görə, qasırğanın ilkin dalğasından sonra dağıntılar arasında axtarışlar aparılaraq, ilkin olaraq 150 nəfərə ilkin tibbi yardım göstərilib. Mətbuat katibi Alabama ştatının paytaxtı Montqomeridən 95 km şərqdə yerləşən Berqard şəhərində bir çox evin dağıdıldığını deyib.

Mili Meteoroloji Xidməti bazar günü sərt hava şəraiti ilə əlaqədar Alabama, Corciya, Florida və Cənubi Karolina ştatları üçün çox sayda tornado xəbərdarlığı yayıb.

Alabama qubernatoru Key Ayvi zərər görmüş ərazilərə dövlət resurslarından yardım çatdırılması üçün ştatda fövqəladə vəziyyət elan edib.

XS
SM
MD
LG