Accessibility links

ABŞ-ın COVID-19-un "gücləndirici" dozasının tətbiqinə çağırış edəcəyi gözlənilir


ABŞ-dakı xəbər agentlikləri Bayden administrasiyasının COVID-19 peyvəndinin bütün dozalarını vurdurmuş amerikalıların üçüncü doza vaksin vurdurması üçün çağırış edəcəyini bildirir.

Yeni dozanın virusun olduqca yoluxucu Delta variantına qarşı daha çox qorumaq üçün nəzərdə tutulub.

Federal səhiyyə rəsmilərinin bu həftə insanların peyvəndin ikinci dozasından səkkiz ay sonra əlavə - gücləndirici doza vurdurmalarına çağırış edəcəkləri gözlənilir.

Əksər amerikalılara ikidozalı Pfizer və ya Moderna peyvəndi tətbiq olunub. Digərlərinə isə təkdozalı Johnson & Johnson peyvəndi vurulub.

Rəsmilər bundan əvvəl COVID-19 peyvəndlərinin gücləndirici dozalarını təsdiqləməkdən imtina edərək, statistikaya əsalanaraq mövcud vaksinlərin virusun Delta versiyası da daxil olmaqla bütün növlərinə qarşı qoruduğunu bildirirdi.

Lakin İsraildə aparılmış yeni araşdırma bu ilin əvvəlində Pfizer peyvəndi vurulmuş yaşlı insanlarda vaksinin təsirinin əhəmiyyətli dərəcədə azaldığını göstərib. Bu nəticələr İsraildə 50 yaşdan böyük insanlara gücləndirici dozaların tətbiq olunmasına səbəb olub.

Ehtimal olunur ki, gücləndirici doza ABŞ-ın Ərzaq və Dərman İdarəsi tərəfindən təsdiqləndikdən sonra sentyabr ayından etibarən tətbiq olunmağa başlayacaq.

Üçüncü doza ilk olaraq səhiyyə işçiləri, qocalar evinin sakinləri və digər yaşlı insanlara tətbiq olunacaq.

CNN bildirir ki, ekspertlər daha çox məlumat əldə edildikdən sonra birdozalı Johnson & Johnson peyvəndi vurdurmuş insanlara da gücləndirici dozanın tətbiq ediləcəyini gözləyir.

Həm ABŞ-ın Ərzaq və Dərman İdarəsi həm də Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ötən həftə immun sistemi zəif olan bəzi insanlara Pfizer və ya Moderna peyvənidnin əlavə dozasını vurdurmağı tövsiyyə edib.

Ümumdünya Səhiyyə Təşkilatı bu yaxınlarda aztəminatlı ölkələrin daha çox peyvənd dozaları əldə etməsini təmin etmək üçün ən azından sentyabr ayının sonuna qədər gücləndirici dozaların dünya miqyasında tətbiqini təxirə salmağa çağırmışdı.

ÜST-nın baş direktoru Tedros Adhanom aşağı gəlirli ölkələrdə hər 100 nəfərə təxminən 1.5 doza, varlı ölkələrdə isə hər 100 adama təxminən 100 doza düşdüyünü bildirir.

XS
SM
MD
LG