Accessibility links

ABŞ-ın Dəniz Donanması Kolumbiyaya xəstəxana gəmisi göndərir


Birləşmiş Ştatlar Kolumbiyaya Venesueladakı zorakılıqlardan qaçan yüz minlərlə insanın bəzilərini müalicə etmək üçün ABŞ Dəniz Donanmasının xəstəxana gəmisini göndərir.

Müdafiə naziri Cim Mattis cümə günü onunla birlikdə Vaşinqtondan Boqotaya səfər edən müxbirlərə deyib ki, böyük ehtimalla o, Nofolkdakı USNS Comfort gəmisini yollayacaq.

Mattis Boqotada rəsmilərlə danışdığını və onların gəminin Kolumbiyaya göndəriləməsini xoş qarşıladıqlarını deyib. O, bu addımın “tamamilə humanitar missiya” olduğunu deyib.

ABŞ müdafiə naziri Cim Mattis
ABŞ müdafiə naziri Cim Mattis

“Biz əsgər göndərmirik, həkim göndəririk”, Mattis söyləyib, amma gəminin nə zaman yola düşəcəyinə dair məlumat verməyib.

Xəstəxana gəmiləri adətən həyat üçün əhəmiyyətli olan müalicə və tibbi yardımla təmin etmək və ölkədəki səhiyyə sistemlərinə təzyiqi azaltmaq məqsədilə göndərilir.

ABŞ-ın müdafiə katibi deyib ki, cümə günü Kolumbiyadakı həmkarı və vəzifəsinin icrasına yeni başlayan prezident İvan Duke ilə danışıqları zamanı ona gəmini haraya göndərməli olduğu ilə bağlı xüsusi təlimat verilib.

Mattisin sözlərinə görə, onun Cənubi Amerikaya səfərinin digər üç dayanacağı Çili, Argentina və Braziliya da xəstəxana gəmisinin marşrutu ilə bağlı yardım göstərib.

Venesuelanın həssaslığını nəzərə alan Mattis ABŞ-ın xəstəxana gəmisinin Venesuela ərazisindəki sualara daxil olmayacağını deyib.

Atlantik Şurada Adrien Arşt Latın Amerikası Mərkəzinin direktoru Ceyson Markzak Amerikanın Səsinə bildirib ki, Venesueladakı vəziyyət qlobal miqyaslı miqrasiya böhranına səbəb olub.

“Əgər miqrasiyaya düzgün və effektiv şəkildə nəzarət olunmasa, bu, miqrantların getdikləri ölkələrdə böyük qeyri-sabitliyə səbəb ola bilər”, Markzak deyib.

Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, iyun ayına olan məlumata görə, Venesueladan əsasən Kolumbiya, Ekvador, Peru və Braziliyaya 2,3 milyon insan qaçıb. BMT rəsmiləri qaçanların yarısından çoxunun “aclıqdan əziyyət çəkdiyini” bildirib.

ABŞ Dəniz Donanmasının bir digər xəstəxana gəmisi var. USNS Mercy Kaliforniya ştatının San Dieqo şəhərindədir.

USNS Comfort və USNS Mercy adətən humanitar missiyalar üçün göndərilirlər. Gəmilərdə dünyanın bir neçə ölkəsindən müxtəlif həkimlər olur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG