Accessibility links

ABŞ-ın dəstəklədiyi qüvvələr: İŞİD xilafətinin son qalıqları yaxında çökəcək


İslam Dövləti qrupunun Suriyada elan etdiyi xilafətin son qalıqlarını müdafiə edən döyüşçülərin artıq vaxtı daralır.

Suriyada təxminən 15 min ABŞ-ın dəstəklədiyi qüvvə cümə günü ABŞ və koalisiyaın döyüş təyyarələri və artilleriyası vasitəsilə Suriyanın şimal-şərqində İŞİD-in anklavı olan Bağuz kəndinə son hücumunu edib.

"Biz bunun yaxında bitəcəyini gözləyirik" deyə, Suriya Demokratik Qüvvələrinin sözçüsü Mustafa Bali şənbə günü Twitter-də yazıb.

Küçə döyüşləri

Bundan öncə isə Bali Amerikanın Səsinə bildirib ki, Suriya Demokratik Qüvvələrinin küçə-bə-küçə İŞİD döyüşçülərinə qarşı döyüşüb.

“Hələ də ağır silahlardan istifadə olunur. Militantlar hələ də partlayıcı cihazlardan istifadə edir və bombalar partlayır, Suriya Demokratik Qüvvələri isə irəliləyir”, Bali deyib.

İŞİD-ə qarşı mübarizədə iştirak edən kürd YPG yarı-hərbi dəstəsinin sözçüsünün bildirdiyinə görə, ABŞ-ın dəstəklədiyi azı dörd əsgər yaralanıb.

Suriya Demokratik Qüvvələrinin döyüşçüləri
Suriya Demokratik Qüvvələrinin döyüşçüləri

Suriya Demokratik Qüvvələrinin rəsmiləri bildirib ki, çox sayda İŞİD döyüşçüsü öldürülüb, lakin təxmini rəqəm verməyib.

Suriya Demokratik Qüvvələri və koalisiya rəsmiləri bir həftə öncə Bağuzda təxminən 300 İŞİD döyüşçüsü bir neçə min mülki vətəndaşın olduğunu təxmin edirdi. Lakin BMT rəsmilərinin bildirdiyinə görə, təkcə ötən həftə anklavdan 13 mindən çox mülki vətəndaş qaçıb. Onların çoxu ilk olaraq tunellərdə gizlənib.

Cümə günü Bağuzdan qaçan bəzi mülki vətəndaşlar əlavə yüzlərlə mülki vətəndaşın hələ də anklavda hgozləndiyini söyləyib. Lakin Suriya Demokratik Qüvvələri bunu rədd edir.

“Bağuzda heç bir mülki vətəndaş qalmayıb. Biz çox yaxında kəndə tam nəzarəti ələ keçirəcəyik”, Suriya Demokratik Qüvvələrinin sözçüsü Lilua Abdullah cümə günü Amerikanın Səsinə bildirib.

Tramp deyir ki, xilafəlik çöküb

Bağuza son hücüm ABŞ prezidenti Donald Tramp ABŞ əsgərlərinə İŞİD xilafətinin son hissəsinin də artıq çökdüyünü deməsindən bir gün sonraya təsadüf edib.

“Biz artıq Suriyadakı xilafətin 100 faizini ələ keçirdik” - deyə o, cümə günü Alyaskada Elmendorf-Riçardson Birgə bazasında ABŞ qoşunlarını ziyarət edərkən söyləyib.

Lakin ABŞ-ın dəstəklədiyi qüvvələrin komandirləri döyüşün sürətli baş verəcəyinə skeptik yanaşır.

Suriya Demokratik Qüvvələrinin baş komandiri İŞİD döyüşçülərini Bağuzdan təmizləməyin bir həftə çəkəcəyini ehtimal edib.

Bir digər rəsmi “Qələbə qarşımızdakı günlərdə baş verməyəcək”deyib.

XS
SM
MD
LG