Accessibility links

ABŞ-ın daxili təhlükəsizlik naziri istefa verib


Birləşmiş Ştatların daxili təhlükəsizlik naziri Kristen Nielsen vəzifəsinin icrasına başlayandan 16 ay sonra Ağ Evin və ictimaiyyətin ABŞ-ın cənub sərhədindəki vəziyyətlə bağlı böyük təzyiqlərindən sonra istefa verib.

Prezident Donald Tramp Nielsenin istefası barədə xəbəri özünün Twitter səhifəsində bildirib. Xəbər agentliklərinin bildirdiyinə görə, Nilsen istefa bərədə qərarını Ağ Evdə prezidentlə görüşdükdən sonra verib.

Ağ Evin mənbələri Trampın tez-tez Nielsenə qışqıraraq, ABŞ-a üz tutan miqrant axınının qarşısını almaq üçün yetərincə iş görmədiyini dediyini bildirib. Mənbələrə əsasən, Nielsen onların Trampın qeyri-mümkün adlandırdıqları tələblərini dinləməli olduğunu bildirib.

Nielsen Ağ Evin miqrant axınının qarşısını almaqla bağlı təzyiqləri ilə yanaşı, Birləşmiş Ştatlara keçərkən məcburi köçkün ailələrini bir-birindən ayırmaq kimi siyasətinə görə ictimaiyyətin qınağı ilə üzləşmişdi.

Minlərlə azyaşlı işaq valideynlərindən alınaraq, şəraiti olmayan başqa düşərgələrə köçürülmüşdü. Bu qərarın icrasına görə cavabdeh olan Nielsen bəzən belə bir siyasətin olduğunu inkar edib.

Prezident Tramp Twitter səhifəsində yazdığı mesajında Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin rəhbəri Kevin MacAlinanın daxili təhlükəsizlik naziri vəzifəsinin səlahiyyətlərini icra edəcəyini bildirib.

XS
SM
MD
LG