Accessibility links

ABŞ-ın hökumət agentlikləri şənbə günü 35 günlük qismən bağlılıqdan sonra işinə başlayır


ABŞ-ın hökumət agentlikləri şənbə günü 35 günlük qismən bağlılıqdan sonra işinə başlayır. Bazar ertəsindən etibarən Vergi İdarəsi 2018-ci il vergilərin prosesinə başlayacaq.

Nazirəiklərin bəziləri-Kənd Təsarrüfatı, Nəqliyyat, Ədliyyə və daxili İşlər Nazirlrlikləri veb səhifələrində fəziliyyətlərinin ən tez bir zamanda bərpa ediləcəyi bildirilib. Şənbə günündən etibarən milli parlklar açıqdır.

Paytaxt Vaşqintonda Smitdonian müzeyləri və Milli Zoopark çərşənbə axşamı günü açılacaq.

ABŞ prezidenti Donald Tramp üç həftəlik büdcə planını imzalayaraq, Amerika tarixinin ən uzun hakimiyyətin bağlanmasına (şatdaun) son qoyub.

Cümə günü axşamı həm ABŞ Senatı həm Nümayəndələr Palatası qanun layihəsini təsdiq edib, daha sonra isə Tramp onu imzalayıb.

Qanuna əsasən, hökümət fevralın 15-dək maliyyələşdiriləcək. Müvəqqəti büdcədə Trampın ABŞ-Meksika sərhədində inşa etmək istədiyi divar üçün pul ayrılmayıb. Prezident deyib ki, bu müddətdə sərhəd təhlükəsizliyini dəyərləndirmək üçün ikipartiyalı komitə yaranacaq, lakin Tramp həmçinin bildirib ki, o, iddia olunduğu kimi, ABŞ və Meksika arasındaki bütöv sərhəddə beton divarın inşa edilməsini tələb etmir.

XS
SM
MD
LG